Accessibility links

Pedro Aqramunt: Biz yaşadığımız ümumi məkanımızda baş verən münaqişələri həll etməliyik


Pedro Aqramunt
Pedro Aqramunt

Sessiyanın açılışında iştirak edən AŞPA prezidenti Pedro Aqramunt təşkilata üzv olan ölkələrdə münaqişələr mövzusuna toxunub

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyası açılıb.

Sessiyanın açılışında iştirak edən AŞPA prezidenti Pedro Aqramunt təşkilata üzv olan ölkələrdə münaqişələr mövzusuna toxunub.

Onun sözlərinə görə, Avropa Şurasının prinsipləri heç bir halda şübhə altına qoyula bilməz:

"Ukraynada baş verən münaqişə, Krımın ilhaq olunması, eyni zamanda, Gürcüstan, Moldova və Azərbaycandakı münaqişə qəbuledilməzdir. Avropalı olaraq, biz yaşadığımız ümumi məkanımızda baş verən münaqişələri həll etməliyik və burada parlament diplomatiyası siyasi danışıqları ruhlandırmaq istiqamətində adekvat vasitədir. Biz bizi ayıran fərqli fikirləri müzakirə edərək, bunu burada qarşı-qarşıya oturub çəkinmədən etməli, birlikdə çıxış yolları tapmalıyıq."

XS
SM
MD
LG