Accessibility links

Prezidenti İlham Əliyevə də qəbulda iştirak edib

Azərbaycanın 1991-ci il oktyabrın 18-də Sovet İttifaqından müstəqilliyini bəyan etməsinin 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul təşkil edilib.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, Heydər Əliyev Mərkəzində keçirilən qəbukda prezident İlham Əliyev də iştirak edib və nitq söyləyib.

Azərbaycanın Dövlət Müstəqilliyi günü hər il oktyabrın 18-də qeyd edilir.

XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs verib. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.


Show comments

XS
SM
MD
LG