Accessibility links

Silahlı Qüvvələrin bütün tank bölmələrində məşqlər keçirilir


Silahlı Qüvvələrin bütün tank bölmələrində məşqlər keçirilir

Silahlı Qüvvələrin bütün tank bölmələrində məşqlər keçirilir

Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.

2016-cı il üçün hazırlıq planına əsasən Azərbaycan Silahlı Qüvvələrin bütün tank bölmələrində məşqlər keçirilir.

Müdafiə Nazirliyin mətbuat xidmətinin məlumatına görə, məşqlərin əsas məqsədi bölmələrin şəxsi heyətinin tankların düzənlik və relyefi çətin keçilən ərazidə sürülməsi, döyüş əməliyyatları zamanı idarə edilməsi üzrə vərdişlərinin təkmilləşdirilməsidir.

Məşqlər zamanı tank ekipajları zirehli texnikanın ərazidə təbii və süni maneələri dəf etməklə sürülməsi üzrə məşğələləri icra edir, müxtəlif manevrlər və atışlar həyata keçirirlər.

XS
SM
MD
LG