Accessibility links

BMT-də Azərbaycanda insan haqlarının vəziyyəti müzakirə ediləcək


Azərbaycan insan haqları üzrə öhdəliklərinin həyata keçirilməsi ilə bağlı Komitəyə hesabat təqdim edib

BMT-nin İnsan Haqları Komitəsi Azərbaycanda insan haqlarının vəziyyətini oktyabrın 20-si və 21-i Cenevrə şəhərində müzakirəyə çıxaracaq.

Bu barədə Amerikanın Səsinə BMT-nin Azərbaycan nümayəndəliyindən bildiriblər.

Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktı (MSHBP) ratifikasiya etmiş 168 dövlətdən biri kimi, Azərbaycandakı vəziyyətin nəzərdən keçirilməsi tələb olunur.

18 beynəlxalq müstəqil üzvdən ibarət olan Komitə Azərbaycan hökumətinin nümayəndə heyəti ilə Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktla bağlı bir sıra məsələləri müzakirə edəcək. Üzvlər həmçinin QHT nümayəndələri ilə brifinq keçirəcəklər.

Komitənin nümayəndə heyəti ilə görüşləri açıqdır və oktyabrın 20-də saat 15.00-dən 18:00-ə və oktyabrın 21-də 10:00-dan 13:00-dək Cenevrə şəhərindəki “Palais Wilson” sarayının “Ground Floor” salonunda keçiriləcək.

Azərbaycan insan haqları üzrə öhdəliklərinin həyata keçirilməsi ilə bağlı Komitəyə hesabat təqdim edib. Eyni zamanda bir sıra qeyri-hökumət təşkilatı Komitəyə hesabat verib.

Komitə noyabrın 4-ü saat 13:30-da Cenevrədəki “Palais des Nations” sarayında Azərbaycan və digər ölkələrlə (Slovakiya, Polşa, Moldova, Yamayka, Kolumbiya və Mərakeş) bağlı nəticələri dəyərləndirmək məqsədi ilə mətbuat konfransı keçirəcək. Yekun kimi tanınan həmin nəticələr noyabrın 4-də nəşr olunacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG