Accessibility links

İntiqam Əliyevin ölkədən çıxışına icazə verilməyib


İntiqam Əliyev

İntiqam Əliyev

Hüquqşünas çoxsaylı beynəlxalq tədbirlərə dəvət edilib

Sumqayıt şəhər məhkəməsi hakim Elman Məmmədovun sədrliyi ilə İntiqam Əliyevin beynəlxalq tədbirlərdə iştirakla bağlı ölkədən çıxışına icazə verməyib.

Hüquqşünas İntiqam Əliyev bir neçə beynəlxalq tədbirdə iştirakı ilə bağlı 2016-cı ilin oktyabr-noyabr aylarında ölkədən çıxışına qoyulan qadağanın götürülməsi barədə məhkəməyə müraciət edib.

Məhkəmə qərarını onunla əsaslandırıb ki, qanunvericilikdə şərti azadlıqdan məhrum olunan şəxslərin ölkədən çıxışına icazə verilməsini nəzərdə tutan hər hansı norma yoxdur.

Məhkəmənin oktyabrın 6-da keçirilən iclasında prokuror işin materialları ilə tanış olmadıını söyləmişdi, məhkəmə bu əsasla oktyabrın 10-na təxirə salınmışdı. Həmin gün məhkəmə icra şöbəsindən arayışın olmadığını əsas gətirib prosesi yenidən oktyabrın 18-nə təxirə salmışdı. Oktyabrın 18-də isə məhkəmə Əliyevin müraciətini rədd edib. Məhkəmə qərarını onunla əsaslandırıb ki, qanunvericilikdə şərti azadlıqdan məhrum olunan şəxslərin ölkədən çıxışına icazə verilməsini nəzərdə tutan hər hansı norma yoxdur.

Baş Prokuror Zakir Qaralov İ.Əliyev barədə Ali Məhkəmənin 24 fevral 2016-cı il tarixli qərarının ona təyin edilmiş cəzaya aid hissəsindən əlavə kassasiya qaydasında protest verib. Həmin protest əsasında Ali Məhkəməsinin Plenumu 28 mart 2016-cı il tarixli qərarı ilə protesti təmin edərək barəsində olan qərara dəyişiklik edərək cəzanın qalan hissəsini 5 il sınaq müddəti ilə şərti tətbiq edilməsi barədə qərar verib. Plenumun qərarına əsasən, sınaq müddəti ərzində onun üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerimi dəyişməmək vəzifəsi qoyulub və həmin müddətdə üzərimdə nəzarəti həyata keçirmək vəzifəsi Sumqayıt Şəhər İcra Şöbəsinə həvalə edilib.

İ.Əliyev 2016-cı ilin oktyabr-noyabr aylarında bir neçə beynəlxalq tədbirdə - Avropa Şurasının QHT qanunvericiliyi məsələləri üzrə Ekspert Şurasının üzvü kimi Ekspert Şurası üzvlərinin 11-12 oktyabr 2016-cı ildə Strasburqda keçirilən toplantısında, 20-21 oktyabr 2016-cı ildə BMT-nin İnsan Hüquqları Komitəsinin Mülki və Siyasi Hüquqlar Beynəlxalq Paktının 40-cı maddəsinə uyğun olaraq Azərbaycanın təqdim etdiyi Hesabatla bağlı Cenevrədə keçirilcək dinlmələrdə, İctimai Maraqlar Naminə Hüquq Qlobal Şəbəkəsinin (PİLNet) 16-18 noyabr 2016-cı ildə Amsterdamda keçiriləcək 10-cu Avropa Pro Bono Forumunda, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 28-29 noyabr 2016-cı ildə Brüsseldə keçiriləcək 8-ci ümumi yığıncağında və s. nüfuzlu tədbirlərdə iştirak üçün dəvət alıb.

İntiqam Əliyev 2014-cü il avqustda həbs olunduqda sonra 7 il yarım azadlıqdan məhrum edilmiş, lakin 2016-ci ilin martında əfv olunmuşdu.

İntiqam Əliyev 2014-cü il avqustda həbs olunduqda sonra 7 il yarım azadlıqdan məhrum edilmiş, lakin 2016-ci ilin martında əfv olunmuşdu.

Əliyev 2016-cı ilin iyununda Avropa Şurasının 6-7 iyun 2016-cı ildə Strasburqda təşkil etdiyi beynəlxalq konfransda iştirak və açılış nitqi ilə çıxış etmək üçün dəvət almışdı. Avropa Şurasının rəhbərliyinin ölkə rəhbərliyinə müraciətindən sonra hüquqşünasa Sumqayıt Şəhər Məhkəməsinin 2 iyun 2016-cı il tarixli qərarı ilə 10 gün müddətinə (5-15 iyun 2016) ölkədən çıxışına icazə verilmişdi. İ.Əliyev həmin konfransda ölkədə siyasi məhbuslar, vətəndaş cəmiyyətinə basqılar mövzusunda çıxışı hökumət nümayəndəlrində qıcıq doğurub və bununla bağlı tədbirin təşkilatçılarına etiraz bildirilib.

Həmçinin həmin tədbirdən sonra hüquqşünas Belqradda BMT-nin xüsusi məruzəçisi Monika Pintonun da qatıldığı Məhkəmələrin və vəkillərin müstəqilliyi ilə bağlı beynəlxalq konfansın işində fəal iştirak iştirak edib.

XS
SM
MD
LG