Accessibility links

Strasburqda Azərbaycan və Moldova hakimləri üçün treninq keçirilib


Avropa Şurası
Avropa Şurası

Treninq məhkəmə sisteminə dair sorğuların təhlilini əhatə edir

Oktyabrın 26-27-də Strasburqda Azərbaycan və Moldovadan olan hakimlər üçün vətəndaşların məhkəmə sisteminin işindən qane olub-olmamalarına dair sorğuların təhlili üzrə treninq keçirilib.

“Şərq tərəfdaşlığı” proqramı İnformasiya Mərkəzinin məlumatında deyilir ki, məhkəmə sisteminin bütün səviyyələrini təqdim edən on bir milli məhkəmənin üzvləri və Ədliyyə nazirliklərinin, Ədliyyə şuralarının və ali məktəblərin nümayəndələri Avropa Komissiyasının ədalət mühakiməsinin effektivliyi üzrə layihəsi (CEPEJ) çərçivəsində müvafiq treninq keçiblər.

İştirakçılar sorğuların metodologiyasını və məhkəmə sistemlərinin fəaliyyəti haqda anket sorğuların məzmununu öyrəniblər.

Layihə üzrə pilot məhkəmələr yerlərdə CEPEJ layihəsinin milli ekspertləri ilə birlikdə sorğular keçirəcəklər.

Bu treninq sorğuların nəticələrinin təhlili və məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə fəaliyyət planının hazırlanmasında köməklik edəcək.

“Azərbaycanda məhkəmə özünüidarəetmə orqanlarının, məhkəmələrin effektivliyinin artırılmasına, hakimlərin hazırlığının yaxşılaşdırılmasına dəstək” layihəsi Avropa Şurasının və Avropa İttifaqının 2015-2017-ci illər üçün əməkdaşlıq proqramının tərkib hissəsidir. Proqramı Avropa İttifaqı maliyyələşdirir, Avropa Şurası həyata keçirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG