Accessibility links

Sivil Toplum Platformasının nümayəndələri ABŞ səfiri ilə görüşüb


Görüşdə ölkədəki mövcud durum ətrafında fikir mübadiləsi aparılıb

Noyabrın 1-də Sivil Toplum Platformasının (STP) nümayəndələri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb.

SSTP-nin məlumatına görə, görüşdə platforma üzvləri ilk növbədə STP-nin yaranma zərurəti və məqsədləri, habelə qarşıya qoyulan fəaliyyət istiqamətləri barədə məlumat verib.

STP üzvləri həmçinin ölkədəki ictimai-siyasi vəziyyət, vətəndaş cəmiyyəti və medianın hüquqi və praktik durumu, siyasi azadlıqlar və siyasi məhbus problemləri, sosial-iqtisadi vəziyyət, Qarabağda davam edən işğal, həmçinin mövcud problemlərdən çıxış yolları və beynəlxalq qurumlarla Azərbaycanın münasibətləri barədə müzakirə aparıblar.

Tərəflər bundan sonra da STP ilə ABŞ səfirliyi arasında təmasların sıxlaşdırılmasının və əməkdaşlığın qarşılıqlı dialoq şəraitində keçirilməsinin faydalı olacağı qənaətinə gəliblər.

Görüşdə səfirlə yanaşı səfir müavini Uilyam Qill, siyasi işlər üzrə müşavir Uilyam Solley və mətbuat katibi Rey Neyler də iştirak edib.

XS
SM
MD
LG