Accessibility links

Bu il mağazalardan 2148 ədəd dini təyinatlı ədəbiyyat götürülüb


Daxili İşlər Nazirliyi
Daxili İşlər Nazirliyi

2016-cı ilin 9 ayı ərzində dini qurumların yaradılması və fəaliyyət qaydasını, eləcə də dini etiqad azadlığı haqqında qanunvericiliyin tələblərini pozmuş 172 nəfər müəyyən edilərək onlardan 2148 ədəd dini təyinatlı ədəbiyyat, 250 ədəd CD və DVD disklər, 127 ədəd broşura götürülüb. Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, təkcə cari ilin oktyabr ayı ərzində Qaradağ rayonu ərazisindəki "Sədərək" ticarət mərkəzində fəaliyyət göstərən 5 dükanda və Yasamal rayonunda yerləşən 1 mağazada satışına razılıq verilməmiş və nəzarət markası ilə markalanmamış 303 ədəd dini təyinatlı ədəbiyyat, 7 ədəd CD və DVD disklər aşkar edilərək götürülüb.

Eyni zamanda, Yasamal rayonundakı daha 4 mağazanın Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin razılığı olmadan fəaliyyət göstərməsi müəyyən edilib. Qeyd olunan mağazaların məsul şəxsləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunublar.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG