Accessibility links

Freedom House hüquq müdafiəçilərinin təqibinə son qoymağa çağırır


Freedom House
Freedom House

Beynəlxalq insan haqları təşkilatı "Freedom House" Azərbaycan hökumətini hüquq müdafiəçilərinin təqibinə son qoymağa çağırır.

Bu barədə təşkilatın yaydığı bəyanatda deyilir:

"Azərbaycan hökuməti siyasi məhbusları müdafiə etməyə və hökumətin qanunsuz fəaliyyətinə diqqət çəkməyə cəsarət edən vəkillər Elçin Sadıqov və Fariz Namazlıya qarşı böhtan və hədə kampaniyasını dayandırmalıdır".

Təşkilatın beynəlxalq proqramlar üzrə vitse-prezidenti Robert Herman deyib ki, hökumət öz peşə öhdəliklərini yerinə yetirən vəkillərlə pis rəftara son qoymalıdır.

Noyabrın 2-də Azərbaycanın hökumətyönümlü media orqanlarından biri vəkil E.Sadıqovun müdafiə etdiyi şəxslərdən birinin xanımı ilə romantik münasibətləri olduğunu iddia edən məqalə yayıb.

E.Sadıqov Daxili İşlər Nazirliyinin ağır cinayətlər üzrə bölməsində olanda isə, onu döyməklə hədələyiblər.

Vəkilin xanımı, özü də hüquq müdafiəçisi olan Zibeydə Sadıqova da həyat yoldaşının işiylə bağlı hədələndiyini deyir.

Noyabrın 2-də digər vəkil Fariz Namazlıya polisə onunla bağlı şikayətin daxil olması barədə məlumat verilib. F.Namazlı oktyabrın 20-də məhkəmədə bir şəxsə hücum etməkdə günahlandırılır, halbuki həmin tarixdə hücuma məruz qalan vəkilin özü olub.

Azərbaycan "Freedom House" təşkilatının insan və mətbuat azadlıqlarıyla bağlı hesabatlarında "azad olmayan" ölkələr sırasındadır. Təşkilatın "Keçid ölkələri" hesabatında isə Azərbaycan demokratiyanın durumunun ən pis olduğu ölkələrdən biri kimi qeyd olunub. 1-7 ballıq qiymətləndirmədə Azərbaycanda demokratiyanın göstəricisi 6.86 bal olub.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG