Accessibility links

Allahşükür Paşazadə İspaniyaya gedir


Şeyxülislam Hacı Allahşükür Paşazadə
Şeyxülislam Hacı Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 7-də İspaniyaya gedəcək.

QMİ-nin yaydığı məlumata görə, səfər İspaniyanın Mursiya Katolik Universitetinin dəvəti əsasında həyata keçirilir.

QMİ sədri noyabrın 8-dən 10-a kimi Madrid və Mursiyada keçiriləcək "Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi" mövzusunda konfranslarda iştirak etməlidir.

İspaniya Krallığı Ədliyyə Nazirliyinin dəstəyi ilə baş tutan bu tədbirlərdə Valensiya Arxiyepiskopu kardinal Antonio Cañizares və digər yüksək səviyyəli dövlət, hökumət nümayəndələri, din xadimlərinin iştirakı gözlənilir.

XS
SM
MD
LG