Accessibility links

Vətəndaş cəmiyyəti vəkillərə təzyiqləri pisləyir


D18 Hərəkatı
D18 Hərəkatı

Vətəndaş cəmiyyəti vəkillərə qarşı təzyiqləri pisləyən bəyanatlarla çıxış edib.

D18 Hərəkatı və Siyasi Məhbusların Monitorinq Mərkəzi son günlər peşə fəaliyyətinə görə vəkillərə qarşı təzyiqlərə son qoyulmasını tələb edir.

Sənədlərdə vəkillər Elçin Sadıqov və Fariz Namazlının hədələnməsi və təhdidlərə məruz qalması barədə məlumat əksini tapıb.

“Hakimiyyət Elçin Sadıqova qarşı bütün təzyiq vasitələrindən - kibercinayətdən tutmuş DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən hədələnməsinə qədər istifadə edib. Elçin Sadıqov barədə hakimiyyətə yaxın saytlarda şərəf və ləyaqətini alçaldan və həqiqətə uyğun olmayan məlumatlar yerləşdirilib", D18 Hərəkatı qeyd edir.

"Vəkil Fariz Namazlı da təxribatla üzləşib. Oktyabrın 20-də Bakı Apellyasiya Məhkəməsində baş verən insidentlə bağlı məhkəmə prosesində iştirak edən şəxslərdən biri polisə müraciət edərək vəkilin onu döydüyünü iddia edib. Qeyd edək ki, hakimiyyət əvvəllər də siyasi məhbusları müdafiə edən vəkillərə qarşı repressiya mexanizmindən istifadə edib. Məhz bu təzyiqlər vasitəsi ilə vəkillərin bir neçəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasından əsassız olaraq xaric olunub, onların peşə fəaliyyətinə əngəllər törədilib", bəyanatda qeyd edilir.

Siyasi Məhbusların Monitorinq Mərkəzi bildirir ki, baş verənlər ölkədə kəskin vəkil çatışmazlığı olduğu bir vaxta təsadüf edir.

"Azərbaycanda hər 10 min vətəndaşa cəmi bir vəkil düşür. Bu, postsovet məkanında ən pis göstəricilərdəndir. Hətta Belarusda hər 5750 nəfərə, Ukraynada isə 1450 nəfərə 1 vəkil düşür”, bəyanatda bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG