Accessibility links

Bak;n;n Nardaran qəsəbəsində 2015-ci il noyabrın 26-da polisin keçridiyi xüsusiməməliyyatla bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və daha 10 nəfər barəsində cinayət işinin istintaqı başa çatıb.

İş üzrə vəkillərin APA agentliyinə bildirdiyinə görə, hazırda cinayət işi materialları ilə tanış olurlar. Ardınca cinayət işi məhkəməyə göndəriləcək. Onlar hakimiyyət əleyhinə iğtişaşlarda və bir sıra ağır cinayətlərdə ittiham edilirlər.

Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda ikisi polis olmaqla, altı şəxs həlak olub.

Rəsmi məlumata görə görə, "Müsəlman Birliyi" Hərəkatının 70-dən çox tərəfdarı həbs edilib (Hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası alıblar.

"Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. T.Bağırov və onunla saxlananlar qətldə və bir çox başqa ağır cinayətlərdə suçlanırlar. Təqsirləndirilən bu ittihamları rədd edir, ifadələrin işgəncə altında alındığını bildirirlər.

Məhkəmədə zərərçəkən kimi ifadə verən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları "Nardaran işi"ndə həbs olunanlara işgəncə verilməsi ilə bağlı deyilənləri təkzib edib.

XS
SM
MD
LG