Accessibility links

Tofiq Zülfüqarov: Tramp siyasətini açıq bəyan edib - əvvəl maraqlar, sonra prinsiplər [Video-Müsahibə]


Tofiq Zülfüqarov

Tofiq Zülfüqarov

Azərbaycanın keçmiş xarici işlər naziri Amerikanın Səsinə müsahibəsində Donald Trampın elan etdiyi xarici siyasət kursundan danışıb

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Amerikanın Səsinə müsahibəsində ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın xarici siyasət kursunun Cənubi Qafqaz regionuna, MDB məkanına və Azərbaycanla münasibətlərə gətirəcəyi yeniliklərdən danışıb.

Amerikanın Səsi: ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın elan etdiyi xarici siyasət kursu Cənubi Qafqaz regionu, MDB məkanı, xüsusilə Rusiya ilə ABŞ münasibətlərinə hansı yeni çalarlar gətirə bilər?

O elə hesab edir ki, Amerika daha çox daxili məsələlərlə məşğul olmalıdır, nəinki xarici məsələlərlə.

Tofiq Zülfüqarov: İndiki mərhələdə, 2017-ci il yanvarın 20-dək xarici siyasət kursu o mərhələdədir ki, onun konkret elementləri formalaşır. Sadəcə olaraq tendensiyalar barədə bəyanatlar verilir. O tendensiya bəyanatları seçkiqabağı müddətdə də bəyan olunmuşdu. Ümumiyyətlə, biz Barak Obamanın seçkiqabağı bəyanatlarını yada salsaq, onun bəyanatları Amerikanın daha çox isolationism (Isolationism-özünü ümumidən, - alyanslardan, birliklərdən təcrid etmək-red), - özünü daxili siyasətin mərkəzi kimi göstərmək və xarici siyasətdən bir az uzaqlaşmaq idi. O, bu bəyanatlarının bir hissəsini həyata keçirib. Amerika artıq birbaşa öz qoşunları ilə böyük münaqişələrdə iştirak etmir. Hesab edirəm ki, bu tendensiyanı Tramp da davam etdirir. O elə hesab edir ki, Amerika daha çox daxili məsələlərlə məşğul olmalıdır, nəinki xarici məsələlərlə. Onun qələbəsinin əsas səbəblərindən biri ondan ibarətdir ki, artıq Amerika seçiciləri daha çox öz ölkəsinin problemləri ilə məşğul olan prezidentin olmasını istəyib. Xanım Klintonun bəyan etdiyi tezisləri qəbul etməyiblər. Onun tezislərini yada salsaq, neokon (neo-konservator tezislər - xarici siyasətdə hərbi gücün azaldılması (Kissincer nəzəriyyəsi) –red) tezislərdən ibarətdir. Amerika hər bir məsələdə dominant bir ölkə kimi iştirak etməlidir. Yəni, Amerika birbaşa öz qoşunları ilə yox, müttəfiqləri ilə, müxtəlif qüvvələrdən istifadə edərək öz maraqlarına nail olmalıdır. İndi Tramp bir addım ondan irəli gedib. Hesab edirəm ki, tendensiya onu göstərir ki, artıq Amerika region məsələlərində daha passiv bir mövqedə duracaq. Onun nəticəsi ondan ibarət olacaq ki, region oyunçuları dünyanın müxtəlif yerlərində daha aktiv olacaq. Yəni, biz öz regionumuzu götürsək ,daha aktiv Rusiya, Türkiyə və İran olacaq.

Amerikanın Səsi: Cənab Trampın elan etdiyi xarici siyasət kursu regional münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə təkan verə bilərmi?

Tofiq Zülfüqarov: Hesab edirəm ki, yox. Çünki, Dağlıq Qarabağ məsələsində hansısa irəliləyişə nail olmaq üçün beynəlxalq qurumlar daha fəal olmalıdır. Təbii ki, beynəlxalq qurumların əsas oyunçusu Amerika olub. Əgər, Amerika xarici siyasətdə, hər bir məsələdən çalışacaq uzaqlaşsın, deməli artıq beynəlxalq qurumlar bu məsələdə fəal olmayacaq. Hesab edirəm ki, əgər biz ümidimizi beynəlxalq qurumlara bağlasaq, bizi bir passivlik dövrü gözləyir.

Amerikanın Səsi: Belə görünür, münaqşənin həlli bütövlükdə Rusiyanın nəzarətinə keçəcək?

Tofiq Zülfüqarov: Münaqişənin gedişində Rusiyanın rolu daha da mökəmlənəcək. Çünki, apreldən sonra (2016-cı ilin 2-5 aprelində Ermənistan-Azərbaycan cəbhəsində hərbi əməliyyatların bərpa olunmasını nəzərdə tutur-red.) baş verən hadisələr onu göstərir ki, Rusiya bəyan etdiyi təzyiqini heç də istifadə etməyib və onun fəaliyyəti Ermənistana sadəcə olaraq silah göndərməklə nəticələndi. Yəni, o da onu göstərir ki, Rusiya status-kvonu dəyişməyi istəmir. Bunu biz açıq deməliyik və bunu başa düşməliyik.

Amerikanın Səsi: Azərbaycan bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən NATO-nun sülhyaratma əməliyyatlarında ABŞ-la birgə çalışır. ABŞ-ın yeni seçilmiş prezidentinin NATO və digər beynəlxalq təşkilatlarla bağlı elan etdiyi siyasət Azərbaycan-ABŞ əməkdaşlığına yeni nə verəcək?

Tramp da öz siyasətinin fəlsəfəsini açıq bəyan edib. Əvvəl bizim maraqlarımız, sonra bizim prinsiplərimiz. Demokratlar əksinə, onlar prinsiplərini üstün tutub siyasətlərini həyata keçirirdilər.

Tofiq Zülfüqarov: Mən hesab edirəm ki, bu və ya digər şəkildə regionlarda olan fəal oyunçulara,- NATO-nu götürsək, - Türkiyə və digər oyunçulara ABŞ dəstək versə, bu yolla Azərbaycan da NATO ilə öz əməkdaşlığını gücləndirə bilər. Bu çox perspektiv bir istiqamətdir. Hesab edirəm ki, bu istiqamət üzərində Azərbaycan-NATO əməkdaşlığı daha da güclənəcək. Çünki, NATO-nun potensialı indi zəifləyib. Əsas iradlardan biri ondan ibarətdir ki, Tramp onu bəyan edib ki, NATO-ya üzv ölkələr hətta öz maliyyə iştirakını da tam şəkildə təmin etmir. Yəni, bu baxımdan Türkiyə NATO-da bir iştirakçı kimi daha çox fəal görsənir. Bu baxımdan, Azərbaycan-Türkiyə müdafiə əməkdaşlığı çox perspektivli görünür. Ümumiyyətlə bunu qeyd etməliyik ki, artıq Amerikanın maraqları prinsiplərindən üstün olacaq. Tramp da öz siyasətinin fəlsəfəsini açıq bəyan edib. Əvvəl bizim maraqlarımız, sonra bizim prinsiplərimiz. Demokratlar əksinə, onlar prinsiplərini üstün tutub siyasətlərini həyata keçirirdilər. Yəni, bunu və ya digərlərini demokrat adlandırıb dəstək verirdilər, ya da kimisə demokrat adlandırmayıb ona qarşı çıxış edirdilər. İndi, dünyada hamı maraqlar üzərində qurulmuş bir real siyasəti gözləyir.

Amerikanın Səsi: Cənab Trampın elan etdiyi xarici siyasət kursu dünyada mühüm olan iqtisadi layihələrin, o cümlədən Azərbaycanın iştirak etdiyi layihələrin maliyyələşdirilməsinə və reallaşdırılmasına hansı neqativ çalarlar gətirə bilər?

Tofiq Zülfüqarov: Təbii, çünki artıq bəyan olunub ki, Azərbaycan üçün əsas maraq kəsb edən enerji sektoruna ABŞ ölkə daxilində böyük sərmayələr qoyacaq. Bu ona gətirib çıxaracaq ki, Amerika indi enerji sektorunda fəal bir eksport oyunçu kimi çıxış edəcək. Bu da təbii ki, neftin qiymətinin aşağı düşməsinə gətirib çıxara bilər. Eyni zamanda, Azərbaycanın bu sahədə təbii ki, öz perspektivləri var. Çünki, artıq yerli bazarlarda, yəni bizə yaxın olan enerji bazarlarında Azərbaycan daha rəqabətli görsənə bilər.

Amerikanın Səsi: Cənab Trampın təhlükəsizliklə bağlı verdiyi bəyanatlar regiona hansı yeniliklər gətirə bilər? Azərbaycan nüvə sazişinə qoşulub, Rusiya və İran kimi iki nüvə dövlətinin əhatəsində yerləşir.

Tofiq Zülfüqarov: Trampdan qabaq bəyan olunmuş əsas təhlükə təbii ki, nüvə silahı yox, radikal ekstermist qruplar, İŞİD və sair olub. Amma Trampın bəyanatları göstərib ki, az qalıb ki, Klinton siyasəti ilə bunlara dəstək verib. Bu çox maraqlı bir bəyanatdır. Mən hesab edirəm ki, bu təhlükələr yenidən nəzərdən keçirləcək və real təhlükələr dünyaya bəyan olunacaq. Ondan qabaq, ideoloji, propoqandist təhlükələr bəyan olunub. Çünki indi başa düşmək olmur, doğrudan da Amerikanın hansısa dairələrinin ekstremist radikallarla əlaqəsi mövcuddur, yoxsa, yox. Gəlin bir az gözləyək və Amerika özü bəyan edəcək, onu əsas narahat edən hansı mənbələrdir.

Show comments

XS
SM
MD
LG