Accessibility links

ABŞ dövlət katibinin köməkçisinin müavini Azərbaycana gəlir


Bridget A. Brink.

Bridget A. Brink.

Gələn həftənin əvvəlində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricit Brinkin Azərbaycana səfəri gözlənilir.

Bu barədə Amerikanın Səsinə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildiriblər.

Bricit Brinkin səfəri ABŞ-da administrasiya dəyişikliyinə təkan verəcək prezident seçkilərinin keçirilməsindən sonraya təsadüf edir.

Yerli media xanım Brinkin ölkə rəhbərliyi ilə görüşlər keçirəcəyini, danışıqlarda ikitərəfli əməkdaşlıq, təhlükəsizlik, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinin diqqət mərkəzində olacağını yazır.

Sonuncu dəfə xanım Brink Azərbaycana iyun ayında gəlmişdi. Səfəri zamanı ABŞ rəsmisi müxtəlif dövlət rəsmiləri, prezidnet İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, müxalifət qrupunun təmsilçiləri, eyni zamanda həmin ərəfədə azadlığa buraxılmış siyasi məhbuslarla görüşmüşdü.

Bricit Brinkin səfəri ABŞ-da administrasiya dəyişikliyinə təkan verəcək prezident seçkilərinin keçirilməsindən sonraya təsadüf edir.

Show comments

XS
SM
MD
LG