Accessibility links

Ənvər Əliyev: Milli Dirçəliş xalqın birlik bayramıdır [Video-müsahibə]


Ənvər Əliyev: Milli Dirçəliş xalqın birlik bayramıdır
please wait

No media source currently available

0:00 0:05:25 0:00

17 noyabr mitinqinin təşkilatçısı Milli Dirçəliş Gününə verilən qiymətdən razı deyil

Noyabrın 17-də Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur. 1988-ci il noyabrın 17-də Bakıda keçmiş Sovet imperiyasının anti-Azərbaycan siyasətinə qarşı mitinqlər başlayıb. Mitinqlər dekabrın 5-dək davam edib.

17 noyabr mitinqlərinin təşkilatçısı Ənvər Əliyev Amerikanın Səsinə müsahibəsində Milli Dirçəliş Gününün tarixi dərslərindən danışıb.

Amerikanın Səsi: Milli Dirçəliş Gününün tarixi dərsləri bu gün hiss edilirmi?

Təsadüfi deyilmir ki, inqilablar tarixin lokomotivləridir. Bizim üçün də o bir inqilab idi, mənəvi, təmizlik, vicdan, əxlaq inqilabı idi.

Ənvər Əliyev: Mən birmənalı şəkildə deyə bilərəm ki, qətiyyən hiss edilmir. Azərbaycan tarixinin ən şərəfli, ümumxalq ruhu, varlığı ilə yaratdığı bir bayramı məlumdur ki, hətta mövcud hökumətimiz az qala bayramlar siyahısından çıxarıb. Ölkənin bütün varlığını silkələyən, bütün dünyaya səs salan, Azərbaycan xalqını dünyada ilin xalqı elan edən bir mübarizə məktəbinə, mübarizə institutuna bu cür münasibəti mən təəssüflə qeyd edirəm. Ona verilən qiymətlə qətiyyən razı deyiləm. Hər bir xalqın həyatı onun mübarizələr tarixinin məcmusu kimi qəbul olunur. Hər bir xalq öz tarixində mübarizələrlə irəliyə gedir. Təsadüfi deyilmir ki, inqilablar tarixin lokomotivləridir. Bizim üçün də o bir inqilab idi, mənəvi, təmizlik, vicdan, əxlaq inqilabı idi. Azərbaycanın milli mentalitetinin, onun dəyərlərinin, xüsusilə dövlətçilik dəyərlərinin, - bayrağının, emblemlərinin, - bax bunların xalqa təqdimat bayramı idi. Ona çox adlar vermək olar. Amma o adların ən yüksəyi, xalqın birlik bayramı idi. Ermənilərə biz nə qədər böyük birlik, təşkilatçılıq qabiliyyəti olan bir xalq olduğumuzu göstərdik. Bunu həm də bütün dünyaya nümayiş etdirdik. Amma bu gün təəssüf ki, ona münasibət o prizmaların heç birinə uyğun gəlmir. Söhbət mənfi mənada gedir.

Amerikanın Səsi: O günlər yaddaşlara necə köçüb? Elmi mühitdə, dərsliklərdə, hökumət dairələrində Milli Dirçəliş Günü necə əksini tapıb?

Ənvər Əliyev: Sözümün davamı olara onu deyə bilərəm ki, əvvəl dərsliklərdə var idi, sonradan yığışdırılıb. Təfəkkürlərdə ancaq bir qrup o dövrü yaşamış, o çətin günlərdə heç nəyə baxmadan bütün varlığını, gələcəyini sərf eləyən insanları çıxmaq şərti ilə, indiki zamanda onu xatırlayanlar çox azdır. Amma bir işdə var ki, zaman geçdikcə, hadisələrə kənardan baxdıqca onun böyüklüyü-kiçikliyi aydın hiss olunur. Mənə elə gəlir ki, zaman keçdikcə o dövr hadisələrinə münasibət indikindən, hətta əvvəlkindən də daha gözəl, daha mütərəqqi və yaxud daha doğma olacaq.

Amerikanın Səsi: Bəs hökumət aparatında necə, xatırlanır?

Çünki, hakimiyyətdə olanların bir çoxları həmin dövrdə, küçəyə çıxan xalqı, toplaşan xalqı alçaldıcı adlarla qovdu, hətta narkoman deyənlər də var idi.

Ənvər Əliyev: Hökumət aparatı “əlindən gələni etdi”, Azərbaycan xalqının öz varlığı ilə yaratdığı bir tarixi səhnəni, bir birlik bayramımızı, bir bayram kimi sıradan çıxartdı. Onlar bunun qiymətini normal verə bilmədilər. Çünki, hakimiyyətdə olanların bir çoxları həmin dövrdə, küçəyə çıxan xalqı, toplaşan xalqı alçaldıcı adlarla qovdu, hətta narkoman deyənlər də var idi. Yəqin o vaxtkı qəzetlərə baxsanız bu, aydın olar. Onların üstünə silah çəkənlər nəinki parlamentdə deputatdır, hətta komissiyalarda oturublar, Azərbaycan xalqının mübarizə tarixindən dərs deyirlər. Mən təəssüf edirəm ki, dövlət tərəfindən lazımi qiymət yoxdur.

Amerikanın Səsi: Meydan hərəkatı bütövlükdə Sovet imperiyasına qarşı yönəlmişdi. Bu gün Azərbaycanda aparılan milli mübarizəni necə xarakterizə edərdiniz?

O ki, qaldı Rusiyanın məsələsinə, artıq dünyada qütbləşmə prosesi getdiyi bir dövrdə kimin kimin yanında olması vacib məsələdir.

Ənvər Əliyev: Mənə elə gəlir, Azərbaycanda milli mübarizə sözü çox gurultuludur. Azərbaycanda hələlik milli mübarizə yox, iqtisadi mübarizə gedir. Çünki, bir yandan cavan dövlətik, bir də dünyanın həddindən artıq qütbləşməsi prosesdi gedir ki, kim-kiminlədir. Təəssüf edirəm ki, bax bu dövrdə Azərbaycan xalqı inqilabi təfəkkürü hələ önə çəkə bilməz. Söhbət iqtisadi münasibətlərdən gedir. Söhbət kimin öz torpaqlarını azad etməsindən gedir. Bax, bu mənada. O ki, qaldı Rusiyanın məsələsinə, artıq dünyada qütbləşmə prosesi getdiyi bir dövrdə kimin kimin yanında olması vacib məsələdir. Azərbaycan dünya siyasət xəritəsində çox kiçik bir dövlətdir. Onun payı çox cüzidir. O, kiminlə olmasını qabaqcadan bilməlidir. Mənə elə gəlir ki, biz istəmədiyimiz halda belə, kiminsə yanında olmalıyıq. Ancaq bu o demək deyil ki, biz milli dəyərlərimizi itirməliyik. Milli varlığımızı, keçmişimizi unutmalıyıq. Hesab edirəm ki, Azərbaycan öz xarici siyasətində ciddi şəkildə müəyyən təsislər etməlidir. O öz xarici siyasətində bilməlidir ki, gələcək perspektivdə dünyanın siyasi mənzərəsi, siyasi xəritəsi necə olacaqsa, ona müvafiq hərəkət etməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG