Accessibility links

İntiqam Əliyev daha bir beynəlxalq mükafat aldı


İntiqam Əliyev (Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri)

İntiqam Əliyev (Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri)

İntiqam Əliyevin ölkədən çıxışına qadağa qoyulduğuna görə, mükafatın təqdim etməsində Nəcmin Kamil iştirak edib

Hüquqşunas, keçmiş siyasi məhbus İntiqam Əliyevə daha bir beynəlxalq mükafat verilib.

Bu barədə İntiqam Əliyevin oğlu Nəcmin Kamil özünün Facebook səhifəsində məlumat verib.

O qeyd edib ki, ictimai maraqların müdafiəsi sahəsindəki fəaliyyətinə görə “PILnet” təşkilatı İntiqam Əliyevə “Publico” mükafatı təqdim edib.

İntiqam Əliyevə daha bir beynəlxalq mükafat verilib.(Foto Nəcmin Kamilin facebook səhifəsindən götürülüb)

İntiqam Əliyevə daha bir beynəlxalq mükafat verilib.(Foto Nəcmin Kamilin facebook səhifəsindən götürülüb)

Mükafat 300-dən çox vəkilin, hakimlərin, QHT və hüquq firmaları rəhbərlərinin qatıldığı “European Pro Bono Forum”-da təqdim olunub.

İntiqam Əliyevin ölkədən çıxışına qadağa qoyulduğuna görə, mükafatın təqdim etməsində Nəcmin Kamil iştirak edib.

PILnet ictimai maraqların müdafiəsi sahəsində fəaliyyət göstərən təşkilatların şəbəkəsidir.

İntiqam Əliyev Baş Prokuror Zakir Qaralovun İ.Əliyev barədə Ali Məhkəmənin 24 fevral 2016-cı il tarixli qərarının ona təyin edilmiş cəzaya aid hissəsindən əlavə kassasiya qaydasında protest verib.

Həmin protest əsasında Ali Məhkəməsinin Plenumu 28 mart 2016-cı il tarixli qərarı ilə protesti təmin edərək barəsində olan qərara dəyişiklik edərək cəzanın qalan hissəsini 5 il sınaq müddəti ilə şərti tətbiq edilməsi barədə qərar verib.

Plenumun qərarına əsasən, sınaq müddəti ərzində onun üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerimi dəyişməmək vəzifəsi qoyulub və həmin müddətdə üzərimdə nəzarəti həyata keçirmək vəzifəsi Sumqayıt Şəhər İcra Şöbəsinə həvalə edilib.

Show comments

XS
SM
MD
LG