Accessibility links

Bayram Məmmədovun məhkəməsində şahidlər ifadə verir [Video]


Bayram Məmmədov (Foto by: Amid Süleymanov)
Bayram Məmmədov (Foto by: Amid Süleymanov)

Gənc fəal mayın 10-da həbs edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Hərəkatının fəalı, qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunan Bayram Məmmədovun işi üzrə proses davam edib. B.Məmmədov özü ittihamı rədd edərək bildirir ki, Heydər Əliyevin abidəsinin üzərinə yazı yazdığına görə həbs olunub.

Bayram Məmmədovun məhkəməsi davam edir
please wait

No media source currently available

0:00 0:01:13 0:00

Bu günki məhkəmə iclasının əvvəlində məhkəmə zalında işıqlar sönüb. Bununla bağlı B.Məmmədov replika atıb: "Bu, rəmzi məna daşıyır. Çünki Azərbaycan gəncliyi zülmətə qərq olunub”.

O, söz istəyib, lakin hakim Eynulla Vəliyev söx verməyib.

Sonra Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşı Yunis Ələsgərov şahid kimi çıxış edib. O bildirib ki, B.Məmmədov saxlanılarkən onun üzərindən narkotik maddə aşkar edilib və gənc deyib ki, narkotik maddənin bir hissəsi evdədir.

B.Məmmədov məhkəmə bildirib ki, onu saxlayanlar arasında Y.Ələsgərov olmayıb. O, rəisin kabinetində B.Məmmədovu döyən 7-8 nəfərin arasında olub.

Vəkil Elçin Sadıqov əməliyyat qrupunun rəhbəri, Bakı Baş Polis İdarəsinin əməkdaşı Şirəli Babayevin və bu iş üzrə hal şahidləri Nizami Quliyev və İntiqam Kərimovun təkrar dindirilməsi barədə vəsatət qaldırıb.

Vəkil bunu onunla əsaslandırıb ki, ötən iclasda şahidlər deyib ki, bu cür işə ilk dəfədir cəlb olunublar. Lakin vəkil ittihamnamə aktından çıxarış təqdim edib. Həmin çıxarışda şahidlər N.Quliyev və İ.Kərimov Ş.Babayevin rəhbərliyi ilə keçirilən əməliyyat tədbirlərində dəfələrlə hal şahidləri olublar. Bu, hal şahidlərinin təsadüfü adamlar olması barədə istintaqın fikirlərini təkzib edir.

Lakin hakim vəsatəti təmin etməyib.

Digər şahid gəlmədiyindən məhkəmə iclası dekabrın 2-dək təxirə salınıb.

Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-da H.Əliyevin abidəsinin üzərinə “Qul bayramınız mübarək!” və “Rədd olsun sistem!” yazdıqdan sonra həbs olunublar. Gənclər külli miqdarda qanunsuz narkotik maddənin dövriyyəsində ittiham olunub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG