Accessibility links

Azərbaycan və Rusiya sərhəddə birgə əməliyyat keçirib


Əməliyyat zamanı 27 nəfər saxlanılıb

Azərbaycan və Rusiya daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, bu il noyabrın 21-dən 27-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində "Sərhəd-Sipər" şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, əməliyyatın əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, həmçinin transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrası olub.

Respublikanın Rusiya ilə həmsərhəd olan Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarını əhatə edən tədbirlər nəticəsində müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 27 şəxs tutulub, o cümlədən Rusiya tərəfindən axtarılan 18 nəfər saxlanılıb, itkin düşmüş 5 nəfərin yeri müəyyənləşdirilib. Qanunsuz saxlanılan 5 avtomat silahı, 8 tapança, 67 yivli və yivsiz tüfəng, 30 əl qumbarası, 38 ədəd silah sandıqçaları, 30 ədəd müxtəlif hərbi ləvazimat və sursat, 1 mərmi və 8611 müxtəlif çaplı patron götürülüb. Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqədar 5 fakt aşkar olunub və nəticədə qanunsuz dövriyyədən 1,1 kiloqram narkotik vasitə çıxarılıb.

Bundan başqa, tədbirlər zamanı Quba rayonunda 3, Qusar rayonunda 2, Şəki, Xaçmaz və Qax rayonlarında hər birində 1 fakt olmaqla qanunsuz odlu silah gəzdirmə, oğurluq və dələduzluq cinayətlərinin açılması təmin edilib.

Nazirlik bildirir ki. ümumən insan hüquq və azadlıqlarının qorunmasına, həmçinin ölkəmizin milli maraqlarına, qanunçuluq prinsiplərinə ciddi riayət olunmaqla gerçəkləşdirilən belə kompleks əməliyyat-axtarış tədbirlərinin gələcəkdə də keçirilməsi planlaşdırılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG