Accessibility links

Eldar Namazov: Ya sülh olacaq, ya müharibə [Video-müsahibə]


Azərbaycan prezidentinin keçmiş köməkçisi Amerikanın Səsinə müsahibəsində siyasi münasibətlərdən danışıb

Azərbaycan prezidentinin keçmiş köməkçisi Eldar Namazov Amerikanın Səsinə müsahibəsində 2016-cı ildə ölkədə siyasi münasibətlərdən və 2017-ci ildə gözlənilən sosial-siyasi problemlərdən danışıb.

Amerikanın Səsi: 2016-cı il ölkədəki hansı mühüm siyasi hadisələrlə yadda qalıb. Həmin hadisələrin doğurduğu siyasi və hüquqi nəticələr xalqın həyatında hansı yeniliklər yaradıb?

İkinci, gündəlikdə olan çox böyük məsələ sosial-iqtisadi böhrandır ki, biz onun içərisindəyik.

Eldar Namazov: Mənim üçün iki vacib məsələ olub. Yəni, daxili, xarici siyasətdə, sosial-iqtisadi məsələlərdə vacib məsələlər çox olub. Ancaq dövlət kimi, millət kimi bizim gündəliyimizdə olan iki böyük problem 2016-cı ildə öz həllinə yaxınlaşıb, ya da problemlər pik nöqtəsinə çatıb. Onların təcili həlli 2017-ci ilə sıçrayıb. 2017-ci ildə onlar bizim gündəlikdə birinci yerlərdə olacaq. Biri bu, Qarabağla bağlı aprel döyüşlərindən sonra danışıqlarda yaranmış vəziyyətdir və biz artıq yaxınlaşmışıq, ya sülh olacaq, ya müharibə olacaq. Məsələni daha 20 il dondura bilməyəcəklər. Bu mümkün deyil. Ermənistan cəmiyyəti də bunu başa düşür. Ona görə də 2017-ci ildə ya bugünkü Ermənistan hakimiyyətini sındırıb məhəlli planla razılığa gətirib, onu həyata keçirmək mümkün olacaq, ya da Azərbaycan Ordusu öz gücü ilə BMT-nin nizamnaməsinə əsaslanaraq öz torpaqlarını azad edəcək. İkinci, gündəlikdə olan çox böyük məsələ sosial-iqtisadi böhrandır ki, biz onun içərisindəyik. Artıq 2015-ci ildən başladı və 2016-cı ildə dərinləşə-dərinləşə davam etdi, 2016-cı ilin sonuna artıq hakimiyyət özü etiraf etməyə və böhrandan çıxış yolu təklif etməyə başladı. Bu haqda daha geniş danışarıq. Təbii ki, bunların hamısı siyasətə aiddir. Bizim üçün xarici siyasət - bu, Ukraynada, Suriyada baş verənlərdir. Qarabağ bizim üçün xarici siyasət deyil. İqtisadiyyatla bağlı vəziyyətə gəldikdə, bir məşhur kəlam var, deyir əgər sən siyasətlə məşğul olmasan, siyasət gəlib sənin özünlə məşğul olar. İqtisadi-sosial böhran dövründə bu kəlamı bir az dəyişmək də olar: Sən sosial-iqtisadi islahatlarla məşğul olmayacaqsansa, həmin problemlər sənin evinə gələcək, hər bir Azərbaycan vətəndaşının, hər bir azərbaycanlının həyatına təsir edəcək. Siz dediyiniz siyasi məsələlər, - onlar da çox oldu, - referendumla konstitusiyaya dəyişikliklər oldu, siyasi məhbuslar probleminin bir qismi həll olundu, yeni bir problemlər yaratdılar. İqtidar-müxalifət münasibətləri yenə də düşmənçilik səviyyəsindədir. Bunları çox sadalaya bilərik. Onlara da təsir edən, mən dediyim amillərdir. Yəni, bu böhrandan biz nə cür çıxacağıq, o eyni zamanda siyasi məsələlərə birbaşa təsir edəcək.

Amerikanın Səsi: 2016-cı ildə konstitusiyaya dəyikliklərlə bağlı referendum keçirilib. Sizcə referendumla konstitusiyaya edilmiş dəyişikliklərin indiyədək həyata keçirilməməsinin səbəbləri nə ilə bağlıdır?

Belə olan halda, adətən növbədənkənar prezident seçkiləri keçirilir. Ona görə ki, əvvəlki seçkilərdə həmin mandat prezidentə verilməmişdi.

Eldar Namazov: Bu sual ətrafında hətta hüquqşünaslar da müzakirə aparır, cavab tapa bilmirlər. Ona görə ki, əgər konstitusiyada ciddi dəyişikliklər edilibsə, əgər prezidentin səlahiyyətləri dəyişibsə, yalnız prezidentlik müddəti dəyişməyib, eyni zamanda səlahiyyət də dəyişib. Yəni, vitse-prezident təyin etməlidir, vitse-prezident də prezident səlahiyyətlərini gələcəkdə icra edə bilər. Bu çox ciddi səlahiyyət dəyişiklikləridir. Belə olan halda, adətən növbədənkənar prezident seçkiləri keçirilir. Ona görə ki, əvvəlki seçkilərdə həmin mandat prezidentə verilməmişdi. Ya da ki, konstitusiya dəyişikliyi ediləndə referenduma çıxarılan məsələlərdə xüsusi qeydlər olur ki, filan-filan bəndlər 2018-ci ildən, növbəti prezident seçkilərindən sonra qüvvəyə minir. Ancaq mən bildiyimə görə, referenduma çıxarılan məsələlərdə bu qeydlər yox idi. Əvvəla, bunlar dərhal qüvvəyə miniblər. Əgər onları referendum sənədlərində başqa bir müddətə saxlamayıblarsa, bunlar baş verməli idi. Güman edirəm ki, bunu ləngidən hansısa hakimiyyətdaxili məsələlərdir. Yəqin, hansısa bir planları var, bunlar hələ tam müəyyənləşməyib, ya da qərarlar dəyişə bilər. Ona görə də bir az vaxt udurlar ki, bir müddətdən sonra həmin məsələlərə qayıtsınlar. Ancaq hüquqi baxımdan gərək referenduma çıxarılan məsələlərdə bu qeyd oluna idi ki, bu məsələlər dərhal yox, neçənci ildən sonrasa qüvvəyə minəcək.

Amerikanın Səsi: Hazırki siyasi situasiya nə vəd edir? Ölkənin demokratik inkişaf perspektivini necə görürsünüz? Siyasi mühitin dəyişəcəyi mümkündürmü?

Hökumət bu böhrandan effektli bir çıxış yolu tapa bilməsə, bu çox ciddi sosial partlayışlarla nəticələnə bilər. Cəmiyətdə yeni bir ab-hava yarana bilər, sosial sifarişlər yarana bilər.

Eldar Namazov: Hər şeyi yaranmış sosial-iqtisadi böhran və böhrandan çıxış yolları diqtə edir. Ona görə ki, hökumət bu böhrandan effektli bir çıxış yolu tapa bilməsə, bu çox ciddi sosial partlayışlarla nəticələnə bilər. Cəmiyətdə yeni bir ab-hava yarana bilər, sosial sifarişlər yarana bilər. Ona görə də indi siyasi qüvvələr, müxalifət siyasi qüvvələrinin əksəriyyəti müəyyən bir gözləmə mövqeyindədirlər. Birincisi, onların proseslərə təsir imkanları çox azdır. Eyni zamanda, onlar gözləyirlər ki, hakimiyyət bu yaranmış sosial-iqtisadi böhranı idarə edə biləcəkmi, ondan bir çıxış yolu tapa biləcəkmi, insanları narahat edən problemləri həll edə biləcəkmi. Yoxsa, vəziyyət daha da gərginləşəcək. Ona görə də, siz dediyiniz sualın cavabı yəqin ki, 2017-ci ildə gedən islahatlarla bağlı proseslər olacaq. Uğurlu islahatlar bir nəticə verəcək, uğursuz islahatlar isə başqa nəticə verəcək.

Amerikanın Səsi: Demokratiya sahəsində nə baş verəcək?

Deyirlər ki, bu Trampın seçilməsi və Azərbaycanda yaranmış ümumi durum bunu vəd edir ki, demokratiya sahəsində ciddi problemlər qalacaq. Necə ki, indi də var, bundan sonra da olacaq.

Eldar Namazov: Deyirlər ki, bu Trampın seçilməsi və Azərbaycanda yaranmış ümumi durum bunu vəd edir ki, demokratiya sahəsində ciddi problemlər qalacaq. Necə ki, indi də var, bundan sonra da olacaq. Ancaq, mən yenə də qayıtmaq isəyirəm bu mövzuya, həlledici məqamlara. Hətta avtoritar modernləşdirmə prosesi, bu birbaşa da olmasa, dolayısı ilə demokratiyaya aparır. Biz bunu Çilidə həyata keçirilən islahatların nəticəsində, Cənubi Koreyada, Türkiyədə hərbçilər hakimiyyətdə olduğu dövrlərdə görmüşük. Ancaq, təəssüflər olsun ki, hələlik hökumətin planında həmin o, dərin modernləşdirməni biz görmürük. Ona görə ki, burada təkcə büdcəni nə cür bölməkdən söhbət getmir. Qanunun aliliyi təmin olunmalıdır, korrupsiya ilə mübarizə aparılmalıdır, inhisarçılığa son qoyulmalıdır. Uğurlu iqtisadi modernləşdirmə bunlarla bağlıdır. Bu addımlar atılmayacaqsa, deməli iqtisadi silahatların da bir nəticəsi olmayacaq, onun da demokratiya məsələlərinə təsiri tam mənfi olacaq. Sosial-iqtisadi böhran insanların hüquqlarının böhranını da tamamlayacaq.

Amerikanın Səsi: 2017-ci ildə ölkədə siyasi münasibətlər sistemində hansı dəyişikliklər gözləmək olar?

Sosial-iqtisadi böhrandan çıxış nə cür olacaqsa, siyasi münasibətlər də elə olacaq. Sosial partlayışlar da ola bilər, cəmiyyətdə yeni sosial-siyasi sifarişlər də ola bilər.

Eldar Namazov: Mənim gözləntilərim o qədər də müsbət deyil. O mənada ki, mən hesab edirəm sosial-iqtisadi böhrandan çıxış nə cür olacaqsa, siyasi münasibətlər də elə olacaq. Sosial partlayışlar da ola bilər, cəmiyyətdə yeni sosial-siyasi sifarişlər də ola bilər. O tamam başqa bir mənzərəni yaradacaq və münasibətlərə də çox ciddi təsir edəcək. İnsanlar, əgər özləri etirazlrara başlasalar, onda deyirlər, o “müqəddəs yer” boş olmur. Mütləq insanlar tapılacaq ki, deyəcək mən, siyasi prosesi idarə etmək iddiasındayam və bunu sübut etməyə çalışacaqlar Ancaq, uğurlu islahatlar əks nəticə verəcək. Ona görə də hər şey iqtisadi durumdan asılıdır. İndi siyasi proseslər iqtisadi proseslərin arxasınca gedir. İqtisadi proseslər nə nəticə verəcəksə, o da siyasi proseslərə təsir edəcək.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG