Accessibility links

Faiq Əmirlinin apellyasiya şikayəti təmin olunmayıb


Faiq Əmirli
Faiq Əmirli

Apellyasiya şikayətində həbs müddətinin uzadılması barədə qərarın ləğvini istənilirdi

Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirlinin apellyasiya şikayətinə baxılıb.

Vəkil Aqil Layıcovun Amerikanın Səsinə verdiyi məlumata görə, məhkəmə onun şikayəti təmin etməyib.

Apellyasiya şikayətində həbs müddətinin uzadılmasının qanunsuz olduğu, həmin qərarın ləğvi, F.Əmirlinin məhkəməyə qədər azadlığa buraxılması istənilib

F.Əmirli CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edir.

AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün iyulun 15-də Türkiyədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülenlə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır. Fetullah Gülenin özü də çevrilişi himayə etməsi ilə bağlı deyilənləri yalanlayıb.

Hazırda AXCP-nin 10-dan çox fəalı həbsdədir. Faiq Əmirlinin həbsindən sonra “Azadlıq” qəzetinin çapı da dayanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG