Accessibility links

O bildirib ki, bu iclas nazirlərin görüşünə hazırlıq xarakteri daşıyacaq

«Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupun növbəti iclası yanvarın sonunda Bakıda keçiriləcək».

Bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov bu gün jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu iclas nazirlərin görüşünə hazırlıq xarakteri daşıyacaq:

"Həmçinin gündəliyə 2017-ci ildə sammitin keçirilməsinə hazırlıq məsələsinin müzakirəsi daxil edilə bilər".

Xəzərin hüquqi statusu ilə bağlı danışıqlar 20 ilə yaxındır ki, davam edir. Xəzərin sektorlara bölünməsi üzrə Rusiya, Azərbaycan və Qazaxıstan arasında saziş imzalanıb. İran və Türkmənistan bu bölgü ilə razı deyil. İran Xəzərin Xəzəryanı ölkələr arasında bərabər bölünməsini istəyir.

XS
SM
MD
LG