Accessibility links

Prosesə hakim Əlövsət Abbasov sədrlik edir

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə, Nardaran işi üzrə hökm yanvarın 25-də səhər saat 10-da elan olunacaq.

Keçən il noyabrın 26-sı güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Həmin əməliyyatda iksi polis olmaqla, 6 nəfərin öldüyü bildirilir. Rəsmi məlumatlara görə, hazırda Nardaran hadisələri ilə bağlı 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında 87 nəfər göstərilir) şəxs həbsdədir.

Dövlət ittihamçısı hazırda mühakiməsi gedən 18 nəfərlik qrupun üzvlərinə uzunmüddətli cəzalar, «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırova isə ömürlük həbs istəyib.

XS
SM
MD
LG