Accessibility links

HRW “Nardaran işi” üzrə həbs edilənlərin azad olunmasını tələb edir


HRW

HRW

Bu barədə Human Rights Watch hüquq-müdafiə təşkilatının bəyanatında deyilir

Azərbaycan hakimiyyəti yanvarın 25-də uzun müddətə həbs olunmuş 18 nəfəri – görkəmli teoloq və müxalifət fəallarını azad etməlidir. Bu barədə Human Rights Watch hüquq-müdafiə təşkilatının bəyanatında deyilir.

“Azərbaycan hakimiyyəti məhkumlara verilən işgəncələr barədə bəyanatları araşdırmalıdır”, - HRW-nin direktor müavini Ceyn Byukenen bildirib.

“Yalan sübutlar əsasında hökm çıxarılması və işgəncə insan hüquqlarının pozulmasıdır. Hakimiyyət öz beynəlxalq öhdəliklərinə uyğun hərəkət etməli, hökmü ləğv etməli və həbs olunanları azad etməlidir”, - o vurğulaylıb.

Məlumatda deyilib ki, onların əksəriyyəti 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində polis reydi zamanı saxlanılıb. Reyd zorakılığa keçərək iki polis işçisi və yeddi mülki vətəndaşın ölümü ilə nəticələnib.

Məhkəmə prosesi zamanı vəkillər deyiblər ki, həbs olunanlar bildiriblər ki, DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarisə İdarəsində vəhşicəsinə döyülüblər və işgəncələrə məruz qalıblar.

Bundan öncə isə saxlanılanlar Nardarandan Bakıya aparılan zaman yolda avtomatın qundağı, dəyənək, təpiklə döyülüblər.

Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarisə İdarəsində döyülmə zamanı onları elektrik cərəyanına qoşublar, qadınlarını və bacılarını onların yanında zorlayacaqları ilə hədələyiblər.

Polis onları cinayət törətdiklərini etiraf etməyə və digərlərinin əleyhinə ifadə verməyə məcbur edib.

Həbs olunanların lideri, “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə deyib ki, polis Nardaran hadisələri ilə siyasi müxalifət arasında əlaqə olduğunu “sübut etmək” üçün Xalq Cəbhəsi Partiyası sədrinin və digər müxalifət liderinin əleyhinə ifadə verməyə məcbur edib.

Tibbi ekspertlər həbs olunanlarda xəsarət izlərinin olduğunu qeydə alıblar, ancaq hakimyyət həmin xəsarətlərin mənşəyinin müəyyən edilməsilə bağlı vəkillərin tələblərini araşdırmayıb.

DİN əməkdaşları bir aydan çox T.Bağırzadənin yanına vəkil buraxmayıblar. Təxminən 8 ay ərzində - məhkəmə başlayandan 2016-cı ilin iyuluna qədər digər həbs olunanların vəkilləri olmayıb. Hakimiyyət “sübut olmadığına” görə şikayətlərin araşdırılmasına son qoyub.

T.Bağırzadə terrorizm, hakimiyyətin zorla ələ keçirilməsinə cəhd, qanunsuz silah saxlamaq və qətl ittihamları ilə 20 il azadlıqdan məhrum edilib. Digər 17 nəfər müxtəlif ittihamlarla – terrorizm, dini ədavətin qızışdırılması, kütləvi iğtişaşların təşkil və qanunsuz silah saxlamaq - 10 ildən 20 ildək azadlıqdan məhrum ediliblər.

Azərbaycan insan hüquqları üzrə bir neçə müqavilənin, o cümlədən BMT İşgəncələr Əleyhinə Konvensiya və Avropa İnsan Hüquqları Konvensiyasının iştirakçısıdır. Bunlar saxlanılan şəxslərlə amansız rəftarı, işgəncələri qadağan edir.

Azərbaycanın öhdəliklərinə amansız rəftar haqda şikayətlərin çevik və effektiv araşdırılması, hüquqi müdafiənin təminatı, qurbanlara kompensasiyanın verilməsi daxildir. Bu öhdəliklər işgəncələr altında alınan ifadələrdən istifadə olunmasını qadağan edir.

XS
SM
MD
LG