Accessibility links

Əhsən Nuruzadə yanvarın 24-də evdən çıxıb və geri qayıtmayıb

"Müsəlman Birliyi" Hərəkatının lideri Taleh Bağırzadənin fəal tərəfdarı Əhsən Nuruzadənin axtarışı davam edir. Dünən və bu gün çoxsaylı polis idarələrinə, polis bölmələrinə, məhkəmələrə, müvəqəti saxlama yerlərinə müraciət etmişəm. Hələ hər hansı cavab yoxdur.

Bu barədə vəkil Yalçın İmanov Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Əhsən Nuruzadə yanvarın 24-də saat 17 radələrində evdən siqaret almaq üçün çıxıb və geri qayıtmayıb.

Vəkil deyib ki, Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”nə məlumat verib. “Oradan Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə itkin düşmüş şəxs kimi məlumat verməyimizi məsləhət bildilər”, o qeyd edib.

İmanov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə də müraciət edib.

“Bu idarədən hər hansı məlumat ala bilmədim. Bu gün isə Ombudsman Aparatına və Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət etmişəm”.

Vəkilin sözlərinə görə, yanvarın 26-dək Nuruzadənin mobil telefonu işlək olub.

“Onun mobil telefonuna zəng çatırdı. Amma, zəngə cavab verilmirdi. WhatsApp vasitəsi ilə ona mesajlar yazırdım. Mesajların oxunduğu görünürdü, ancaq cavab verilmirdi. Dünəndən mobil telefonu söndürülüb”, İmanov bildirib.

Vəkil güman edir ki, Ə. Nuruzadə polis tərəfindən saxlanılıb.

“Yəqin ki, ona hansısa etirafedici ifadəyə imza atdırmaq istəyirlər”, İmanov deyib.

Qeyd edək ki, yanvarın 24-də “Nardaran işi” ilə bağlı məhkəmədə hökmdən bir gün öncə ”Bağırzadənin tərəfdarı Rövşən Məmmədli və dini fəal, Maştağa qəsəbəsinin sakini Təbriz Sibili 30 gün müddətinə həbs olunub.

XS
SM
MD
LG