Accessibility links

REAL-ın icra katibi prokurorluqda dindirilib [Natiq Cəfərli ilə müsahibə]


Natiq Cəfərli

Natiq Cəfərli

O İran səfirliyinin əməkdaşı ilə görüşlə bağlı dindirilib

“Respublikaçı Alternativ” (REAL) Hərəkatının icra katibi Natiq Cəfərli yanvarın 30-da Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində üç satta yaxın dindirilib.

N.Cəfərli Amerikanın Səsinə müsahibəsində bildirib ki, onu İranın Azərbaycandakı səfirliyinin əməkdaşının REAL-ın ofisinə gəlməsi ilə bağlı dindiriblər.

“Bizi yalan və böhtan nəşrə görə dindirirlər. Məndən əvvəl idarə heyətinin üzvü Azər Qasımlını dindiriblər. Bu, REAL lideri İlqar Məmmədovun həbsindən sonra hərəkata qarşı təzyiqin davam etməsidir”, o qeyd edib.

Natiq Cəfərli barəsində 2016-cı ilin avqustda başlamış istintaq davam edir. Həmin vaxt REAL rəhbərliyi Qərb qurumlarından maliyyə almaqda ittiham olunub. İş bağlanmayıb, Cəfərli vaxtaşırı dindirilməyə çağırılır və onun Bakıdan çıxması qadağan edilib.

Yanvarın 28-də REAL Hərəkatının idarə heyətinin üzvü Azər Qasımlı da İran səfirliyinin əməkdaşlarının REAL ofisinə gəlməsi ilə bağlı Baş Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində 5 saat dindirilib.

Qasımlı qeyd edib ki, görüş məxfi deyildi və təşkilat özü onun haqqında məlumat və foto yayıb. Digər tərəfdən, bundanəvvəl REAL ofisinə ABŞ, Böyük Britaniya, Almaniya, Niderland və digər ölkələrin səfirliklərinin əməkdaşları da gəlib və bu barədə KİV-də məlumat verilib.

"Maraqlıdır ki,ötən ilibn sentyabrında da məni prokurorluğun elə bu idarəsində dindirmişdilər və bizi ABŞ-ın maliyyələşdirməsində ittiham etmişdilər", Qasımlı bildirib.

Yanvarın 27-də prokurorluq REAL-ın İran diplomatından pul alması haqqında materialların araşdırılmasına başlandığını bildirib. Bu “sensasiyanı” Eynulla Fətullayev öz saytında dərc edib.

RERAL Hərəkatı məqalə ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib.

XS
SM
MD
LG