Accessibility links

Dindara 10 sutka həbs verilib


Yalçın İmanov
Yalçın İmanov

“Müsəlman Birliyi Hərəkatının üzvü Əhsən Nuruzadə polisin qanuni tələblərinə tabe olmamaqda günahlandırılıb”.

Bu haqda vəkil Yalçın İmanov Amerikanın Səsinə bildirib.

Vəkilin məlumatına görə, Ə.Nuruzadə inizabati qaydada 10 sutkalıq həbs edilib. Qərarı Nərimanov rayon Məhkəməsi çıxarıb.

Y.İmanov onunla yanvarın 30-da görüşə bilib.

Əhsən Nuruzadə
Əhsən Nuruzadə

“Əhsən Nuruzadənin əhvalı yaxşıdır, işgəncə verilmədiyini bildirdi”, vəkil deyib.

Onun bildirdiyinə görə, Əhsən Nuruzadə bir həftə əvvəl - yanvar ayının 24-də “Nərimanov” metro stansiyası yaxınlığında mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Onu daha sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar.

Ardınca, Nərimanov rayon Məhkəməsinə gətirilən Nuruzadəyə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələblərinə tabe olmamaq) maddəsi ilə 10 sutka həbs verilib.

Ancaq Nuruzadənin Binəqədi rayonundakı inzibati həbs olunanların saxlanılma məntəqəsinə yalnız yanvarın 30-da günorta saatlarında aparıblar.

Vəkil Ə.Nuruzadənin inzibati pozuntuda günahlandırılmasının qurama olduğunudeyib. Onun sözlərinə görə, yanvarın 30-dək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Nuruzadədən Taleh Bağırov, Oqtay Güləliyev, jurnalist Zümrüd Yağmur, Milli Şura ilə əlaqələri barədə izahatlar alıblar.

Dindar Əhsən Nuruzadə yanvarın 24-dən yoxa çıxıb.

Yalnız yanvarın 30-da onun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığı bəlli olub.

Əhsən Nuruzadə ilahiyyatçı Taleh Bağırov və daha 17 nəfərin mühakimə olunduğu Nardaran işi üzrə məhkəmənin daimi iştirakçılarından biri idi. O, yanvarın 24-də axşam saat 17.00 radələrində siqaret almağa evdən çıxmış və geri qayıtmamışdı.

Bu müddətdə onun ailə üzvləri və vəkili Daxili İşlər naziri Ramil Usubovdan tutmuş, müxtəlif polis idarələri, Ombudsman Aparatı, Beynəlxalq Qırmızı Xaç Komitəsinə qədər müxtəlif qurumlara müraciət etsələr də, onun yerini öyrənə bilmirdilər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG