Accessibility links

Vəkil: İlqar Məmmədova kitab, müdafiəsi üçün zəruri materialların verilməsi yasaqlanıb


İlqar Məmmədov

Fuad Ağayev REAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədovla görüşüb

Fevralın 3-də vəkil Fuad Ağayev REAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədovla görüşüb.

Vəkil facebook səhifəsində yazır ki, İlqar Məmmədovla Avropa İnsan Hüquqları Məhkəməsində olan ikinci şikayətin vəziyyətini müzakirə edib.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, 7 il azadlıqdan məhrum edilib.

2015-ci ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İ.Məmmədovun şikayətini təmin edərək, onun azadlığa buraxılması barədə qərar qəbul edib.

Avropa Şurası Nazirlər Komitəsi bir neçə dəfə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Apelyasiya Məhkəməsi hökmü ədalətli saysa da, 2015-ci ilin oktyabrında Ali Məhkəmə kassasiya şikayətinə baxaraq, işi təkrar baxılmaqdan ötrü Şəki Apelyasiya Məhkəməsinə göndərmişdi.

Ancaq 2016-cı ili aprelin 29-da Şəki Apelyasiya Məhkəməsi əvvəlki hökmü qüvvədə saxladığından İ.Məmmədov azadlığa buraxılmayıb. Ali Məhkəmə də bu qərardan verilən kassasiya şikayətini təmin etməyib.

İlqar Məmmədov qanunusz məhkum edilməsi ilə bağlı 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinə (ikinci şikayət) şikayət verib .

“Azərbaycan hökuməti yanvarın 12-nə kimi Avropa İnsan Hüquqları Məhkəməsinin bu şikayətlə bağlı sorğusunu cavablandırmalı idi. Nədənsə indiyə kimi həmin cavabın nüsxəsini almamışıq. Keçən dəfə bununla bağlı “qəribə” yubanma oldu”, vəkil qeyd edib.

Onun sözlərinə görə, Nobel mükafatı laureatı Svetlana Aleksiyeviç İlqar Məmmədova öz kitabını göndərib.

“İlqar bildirdi ki, o, hörmətli yazıçıya təşəkkür məktubu yazdıqdan sonra ona gətirilən kitablar, müdafiəsi üçün zəruri materiallar, başqa çap materiallarının ona verilməsi yasaqlanıb. Mənim özümün ona dəfələrlə gətirdiyim (o cümlədən bu gün) kitab, jurnal və başqa materialları geri qaytarıblar. Bununla İ.Məmmədovun İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyasının 6 (Ədalətli məhkəmə araşdırması hüququ), 10 (Fikri ifadə etmək azadlığı) və s. maddələri ilə nəzərdə tutulan hüquqları pozulur”, Ağayev qeyd edib.

XS
SM
MD
LG