Accessibility links

Bayram Məmmədovun şikayəti təmin olunmayıb [Video]


Bayram Məmmədovun şikayəti təmin olunmayıb
please wait

No media source currently available

0:00 0:00:38 0:00

Fevralın 10-da Bakı Apellyasiya Məhkəməsi gənc fəal Bayram Məmmədovun həbs qərarından verdiyi şikayəti təmin etməyib. Bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

Vəkilin dediyinə görə, apellyasiya şikayətində məhkəmənin qərarının ləğvini istəyiblər.

Bayram Məmmədov ötən il dekabrın 8-də 10 il azadlıqdan məhrum edilib.

Bayram Məmmədovu digər gənc fəal Qiyas İbrahimovla ötən il mayın 10-da saxlayıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı bildirilib.

Ancaq gənclər bu ittihamları qəbul etmir və keçmiş prezident Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək!" şüarı yazdıqlarına görə həbs olunduqlarını bəyan ediblər.

Q.İbrahimov da ötən il oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG