Accessibility links

Novruz Məmmədov: Aleksandr Lapşin məsələsini siyasiləşdirmək lazım deyil


Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov
Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov

N. Məmmədov bildirib ki, bu, dövlətlər arasında hüquqi məsələdir

"Aleksandr Lapşin məsələsini siyasiləşdirmək lazım deyil”.

APA-nın məlumatına görə bu barədə prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov bildirib. (APA)

N. Məmmədov bildirib ki, bu, dövlətlər arasında hüquqi məsələdir:

“Hüquqa xidmət etmək dünya üçün vacib məsələdir. Belə olan halda dövlətlərarası əməkdaşlıq daha səmimi olur. Bu beynəlxalq hüquqda əksini tapmış məsələdir. Bundan istifadə edərək dövlətlərarası münasibətləri pozmaq meylləri də görünür”.

N.Məmmədov daha sonra Rusiyanın böyük dövlət olduğunu, Azərbaycan Rusiya əlaqələrinin böyük tarixi olduğunu vurğulayıb.

Rusiya, Ukrayna, İsrail vətəndaşı olan bloqqer A.Lapşin Azərbaycan tərəfin tələbilə 2016-cı ilin dekabarında Belorusda saxlanıb. Azərbaycan onu dövlət sərhəddini pozmaqda, dövlət əleyhinə çağırışlarda ittiham edir.

Bloger bu il fevralın 7-də Belorusdan Azərbaycana ekstradisiya edilib. Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

İndiyə kimi Rusiyanın və İsrailin diplomatik təmsilçiləri A.Lapşinlə görüşüblər.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG