Accessibility links

XİN: “Qarabağdakı referendum ” Azərbaycan Konstitusiyası, beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır


Xarici İşlər Nazirliyi

Bu barədə Azərbaycan XİN-in bəyanatında yazılır

“Xarici İşlər nazirliyi (XİN) Azərbaycan ərazilərində Ermənistanın yaratdığı qeyri-qanuni rejimi təcavüzün mütləq nəticəsi olduğunu bir daha bəyan edir.”

Bu barədə Azərbaycan XİN-in bəyanatında yazılır.

Bəyanatda qeyd edilir ki, fevralın 20-də Ermənistanın nəzarətində olan Azərbaycan ərazilərində “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum” keçirilməsinin planlaşdırması qəbul edilməyəcək.

“Bu təxribatçı addımdır. Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ regionunun adının dəyişdirilməsinə yönəlmiş cəhdlər Ermənistanın silahlı münaqişənin siyasi həllində həqiqətən maraqlı olmadığını bir daha aydın şəkildə göstərir”- bəyanatda vurğulanır.

Sənəddə bu addım Ermənistanın nəzarətində olan ərazilərin, demoqrafik, mədəni və fiziki xarakterinin dəyişdirməsi kimi dəyərləndirilir.

XİN hesab edir ki, bu, Ermənistanın regional və beynəlxalq sülhə, təhlükəsizliyə xələl gətirdiyi, onu təhlükə altına qoyduğu anlamına gəlir

XİN bəyan edir ki, nəzərdə tutulan “referendum” Azərbaycan Konstitusiyası, beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır. Bu səbəbdən də hər hansı bir hüquqi qüvvəsi ola bilməz.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ilin mayında tərəflər atəşkəs barədə saziş imzalayıb. 2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa edilib. Döyüşlər zamanı tərəflər onlarla itki verib, çoxsaylı mülki yaşayış evləri, obyektlər dağıdılıb. Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə tərəflər hərbi əməliyyatları dayandırıb.

Hərbi əməliyyatlar dayandırıldıqdan sonra Azərbaycan və Ermənistan prezidenləri ABŞ-ın təşəbbüsü ilə Vyanada, Rusiyanın təşəbbüsü ilə Sankt-Peterburqda görüşüb. Buna baxmayaraq, münaqişənin danışıqlar yolu ilə nizamlanması istiqamətində müsbət irəliləyişlə bağlı hər hansı açıqlama olmayıb.

Münaqişənin dinc yolla nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya, Fransa) hazırki status-kvonun qəbuledilməz olması ilə bağlı dəfələrlə bəyanatlarla çıxış edib.

XS
SM
MD
LG