Accessibility links

Azərbaycan xarici işlər naziri Minsk qrupunun həmsədrləri ilə görüşüb


Dağlıq Qarabağ
Dağlıq Qarabağ

Xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik konfransı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Riçard Hoaqland (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Andjey Kaspişik ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Sankt-Peterburq görüşündəki müzakirələrinin davamı olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin intensivləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov münaqişənin həlli prosesində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara başlamaq məqsədilə səylərin artırılmasının vacibliyini vurğulayıb.

Mətbuat xidməti bildirir ki, görüşdən sonra ATƏT-in Minsk qrupu həmsədrlərinin dəvəti əsasında həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə şam yeməyi olub.

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləriilə təkbətək və birgə görüşünün yekunları ilə bağlı birgə bəyanatla çıxış edib.

Sənəddə deyilir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin iştirak etdiyi görüşdə qoşunların təmas xəttindəki son durum müzakirə edilib.

Minsk qrupunun həmsədrləri münaqişənin dinc yolla həllinin alternativinin olmadığını bir daha bildirib və tərəfləri təmkinli olmağa, əhalini müharibəyə yox, sülhə hazırlamağa çağırıb.

Həmsədrlər tərəfləri hərbi əməliyyatlara son qoyulmasını özündə ehtiva edən atəşkəsə dair razılaşmaya riayət etməyə çağırıb.

Həmsədrlər prezidentlərin Dovildəki birgə bəyanatına istinad edərək gücdən istifadənin yalnız əzab gətirəcəyini xatırladıb.

Sənddə deyilir ki, görüşdə Vyana və Sankt-Peterburqda keçirilən yüksək səviyyəli görüşlərdə əldə olunan razılaşmaların icrası üçün görüləcək tədbirlərə dair tərəflərlə fikir mübadiləsi aparılıb.

Həmsədrlər nazirlərə çeviklik nümayiş etdirmək və mümkün qədər tez zamanda dayanıqlı həllə nail olmaq üçün hərtərəfli danışıqların bərpa olunmasının zəruriliyini vurğulayıb.

Sənəddə deyilir ki, Ermənistan hakimiyyətinin Azərbaycan hərbçisinin meyitinin qaytarması yararlı humanitar jestdir.

“Görüşdə hər iki ölkənin naziri bütün beynəlxalq humanitar öhdəliklərə, o cümlədən Azərbaycan, Rusiya və Ermənistan prezidentləri tərəfindən 2010-cu ilin oktyabrında imzalanmış Həştərxan Bəyannaməsi ilə üzərilərinə götürdükləri öhdəliklərə sadiqliklərini bir daha nümayiş etdirib”.

Həmsədrlər, 2017-ci il fevralın 20-də Dağlıq Qarabağda konstitusiyaya dair "referendum"un keçirilməsinin planlaşdırıldığı barədə məlumatlıdır. Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağın de-fakto hakimiyyətinin bu prosedurdan əhalinin ictimai həyatını formalaşdırmaq cəhdi kimi istifadə etdiyini qeyd etsələr də, bir daha vurğulayırlar ki, Ermənistan və Azərbaycan da daxil olmaqla, heç bir ölkə Dağlıq Qarabağı müstəqil və suveren ölkə kimi tanımır.

Buna görə də, həmsədrlər 20 fevral “referendumu”nun nəticələrinin Dağlıq Qarabağın hüquqi statusuna təsir edə biləcəyini qəbul etmirlər. Həmsədrlər həmçinin qeyd edirlər ki, nəticələr heç bir halda Dağlıq Qarabağın yekun statusunu və ya münaqişənin dayanıqlı və sülh yolu ilə nizamlanmasına yönəlmiş hazırkı danışıqların yekununu qabaqcadan müəyyənləşdirmir.

Həmsədrlər martda regiona səfər etməyi planlaşdırır.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG