Accessibility links

Bu barədə Rusiya XİN-in informasiya və mətbuat departamentindən məlumat verilib

"Rusiya hesab etmir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli bölgədə planlaşdırılan “referendum”un keçirilməsindən asılı olsun.

Bu barədə Rusiya XİN-in informasiya və mətbuat departamentindən məlumat verilib.

Qurumdan bildirilib ki, Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır:

“Biz hesab edirik ki, onun statusu Minsk prosesi çərçivəsində siyasi danışıqlar yolu ilə həll olunmalıdır”.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ilin mayında tərəflər atəşkəs barədə saziş imzalayıb. 2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa edilib. Döyüşlər zamanı tərəflər onlarla itki verib, çoxsaylı mülki yaşayış evləri, obyektlər dağıdılıb. Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə tərəflər hərbi əməliyyatları dayandırıb.

Hərbi əməliyyatlar dayandırıldıqdan sonra Azərbaycan və Ermənistan prezidenləri ABŞ-ın təşəbbüsü ilə Vyanada, Rusiyanın təşəbbüsü ilə Sankt-Peterburqda görüşüb. Buna baxmayaraq, münaqişənin danışıqlar yolu ilə nizamlanması istiqamətində müsbət irəliləyişlə bağlı hər hansı açıqlama olmayıb.

Münaqişənin dinc yolla nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya, Fransa) hazırki status-kvonun qəbuledilməz olması ilə bağlı dəfələrlə bəyanatlarla çıxış edib.

XS
SM
MD
LG