Accessibility links

ABŞ-ın BMT-dəki səfiri: "ABŞ Dağlıq Qarabağla bağlı Minsk prosesinə sadiqdir”


ABŞ-ın BMT-dəki səfiri Nikki Haley

"Amerika Birləşmiş Ştatları Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə və davamlı həllinə nail olmaq məqsədilə aparılan Minsk qrupu prosesinə sadiqdir”.

ABŞ-ın Bakıdakı səfirliyinin məlumatına görə, bu barədə ABŞ-ın BMT-dəki səfiri Nikki Haley BMT-nin Təhlükəsizlik Şurasının “Avropada Təhlükəsizlik” sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, ABŞ tərəfləri atəşkəsə riayət etməyə, etimadın möhkəmlənməsi üzrə razılaşdırılmış tədbirləri həyata keçirməyə və danışıqları bərpa etməyə çağırır.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Azərbaycanın suverenliyində olan Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayon hələ də erməni hərbi qüvvələrinin nəzarətindədir. Bu il aprelin 2-dən 5-dək Qarabağ cəbhəsində hərbi əməliyyatlar bərpa edilib. Hər iki tərəfdən onlarla insan həlak olub.

Aprelin 5-də tərəflər Rusiyanın təşəbbüsü ilə yenidən hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəliblər.

XS
SM
MD
LG