Accessibility links

Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının toplantısı keçirilir


Fevralın 23-də Bakıda, Heydər Əliyev Mərkəzində “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı işə başlayıb.

"Report" un məlumatına görə, Prezident İlham Əliyev toplantıda iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə nitq söyləyib.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında çıxış edən Prezident İlham Əliyev tədbirdə Azərbaycanın Avropa Komissiyası ilə bu mühüm layihənin həyata keçirilməsində sıx əməkdaşlıq qurduğunu bildirib.

“Biz nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bildik”, - deyən dövlət başçısı “Cənub Qaz Dəhlizi” layihəsinin icrasının gələcək əlaqələr üçün çox vacib amil olduğunu diqqətə çatdırıb.

Cənub Qaz Dəhlizinin həyata keçirilməsində bir neçə il öncə Azərbaycan ilə Türkiyə arasında TANAP layihəsinin icrasına dair imzalanan sazişin, həmçinin Transadriatik boru kəməri layihəsinin əhəmiyyətini vurğulayan İlham Əliyev bu cür toplantıların layihənin vaxtında və keyfiyyətlə yerinə yetirilməsində xüsusi rol oynadığını vurğulayıb.

Ötənilki görüşdən sonra bir çox irəliləyişlərin olduğunu, “Şahdəniz-2” layihəsinin 90 faiz səviyyəsində həyata keçirildiyini, TANAP və TAP layihələrində də mühüm uğurların müşahidə edildiyini deyən prezident Azərbaycanın “Abşeron” qaz yatağının işlənilməsinə başlandığını, bunun da ölkənin qaz potensialının yalnız “Şahdəniz”lə məhdudlaşmadığını göstərdiyini deyib.

“Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələsidir və enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyidir” - deyən Əliyev bu sahədə mövcud beynəlxalq əməkdaşlığı qarşılıqlı etimadın nümunəsi adlandırıb.

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç İlham Əliyevin Brüsselə son səfərinin əhəmiyyətli olduğunu, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığı nəzərdə tutan çərçivə sazişinin imzalandığını, enerji təhlükəsizliyi ilə bağlı səmərəli müzakirələrin aparıldığını diqqətə çatdırıb.

“Cənub Qaz Dəhlizi” layihəsi Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyır və onun Avropa üçün nə dərəcədə vacib olduğunu hamımız anlayırıq”, - deyən Maroş Şevçoviç də qitənin gələcəyi üçün strateji əhəmiyyət daşıyan bu layihəyə Avropa maliyyə təşkilatlarının da diqqət göstərməsinin vacibliyini vurğulayıb, layihənin vaxtında icra olunacağına əminliyini ifadə edib.

Tədbirdə 10-dan artıq ölkənin nümayəndəsi iştirak edir.

Məşvərət Şurasının III iclasında ABŞ-ı dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan, Böyük Britaniyanı baş nazirin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson, Avropa İttifaqını isə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç təmsil edir.

Avropa İttifaqının nümayəndə heyətinin tərkibinə, həmçinin Avropa Komissiyasının nümayəndələri Bernard Birvert, Andras Rozmer, Kurt Qlayzer və Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard daxildir.

“Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının III iclası dörd plenar sessiya üzrə davam edəcək.

Yekun olaraq “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən Birgə Bəyannamənin imzalanması planlaşdırılır.

Xatırladaq ki,Məşvərət Şurasının işinin təşkili ilə bağlı məsələlərin icrası Azərbaycan Energetika Nazirliyinə tapşırılıb. “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının ilk iclası 2015-ci il fevralın 12-də, ikinci iclası isə ötən il fevralın 29-da keçirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG