Accessibility links

Martın 6-da Mərkəzi Seçki Komissiyası (MSK) Mehriban Əliyevanın deputat səlahiyyətinə xitam verib.

MSK-a bildirir ki, Mehriban Əliyeva Azərbaycan birinci vitse-prezidenti təyin edilməsi ilə əlaqədar deputat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı MSK-ya müraciət edib. Müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.

Mehriban Əliyeva 2015-ci il V çağırış Milli Məclisə seçkilərdə 14 saylı Xəzər seçki dairəsindən deputat seçilib. Bu il fevralın 21-də isə prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın birinci vitse-prezidenti təyin edilib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG