Accessibility links

Bu barədə Avropa İttifaqının bəyanatında deyilir

"Mehman Hüseynov korrupsiyanı ifşa etmək səyləri ilə məşhurdur. Bu fonda onun iki il müddətinə azadlıqdan məhrum edilməsi ittiham olunduğu cinayətlə tamamilə qeyri-proporsional görünür",

Bu barədə Avropa İttifaqının bəyanatında deyilir.

"Onun qanunsuz həbsi, qeyri-insani rəftar və azadlıqdan məhrumetmə haqqında hökmlə yekunlaşan məhkəmə prosesinin gedişatında pozuntular ciddi narahatlıq doğurur və dərhal araşdırılmalıdır", deyə bəyanatda qeyd edilir.

Avropa İttifaqı xatırladır ki, Azərbaycanın beynəlxalq öhdəliklərinə və fundamental azadlıqlara hörmət etməsini gözləyir.

Martın 3-də Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri, bloger Mehman Hüseynov Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin diffamasiya üzrə iddiası ilə 2 il azadlıqdan məhrum edilb. İddiaya blogerin Nəsimi polisində ona işgəncə verilməsi barədə bəyanatı səbəb olub.

Blogerin bədənində zorakılıq izləri olsa da prokurorluq işgəncə faktı üzrə cinayət işi qaldırmaqdan imtina edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG