Accessibility links

AXCP fəalının cinayət işi məhkəməyə göndəriləcək


"Azərbaycan Xalq Cəbhəsi Partiyasının həbsdə olan fəalı Fuad Əhmədli ilə bağlı cinayət işinin materialları ilə tanış olduq. İndi işin məhkəməyə göndərilməsini gözləyirik".

Bu barədə F.Əhmədlinin vəkili Əsabəli Mustafayev bildirib.

O qeyd edib ki, cinayət işi iki cilddən ibarətdir. Amm, bunun çoxunun birbaşa cinayət işinə aidiyyəti yoxdur: "Bu iki cildin demək olar ki, birinin yarısı qanunlardan çıxarışlara həsr edilib. Qalan yarısı bizim məhkəmə qərarlarından verdiyimiz şikayətlərə, qaldırdığımız vəsatətlərə, axtarış zamanı Fuad Əhmədlinin evindən tapıldığı deyilən kitablara, disklərə aiddir. İkinci cildin yarısı şahid ifadələridir. Bunu deyə bilərəm ki, cinayət işinin materialları da şişirdilib, yəni, həcm çox görünsün deyə, yazıblar", o qeyd edib.

Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun açıqlamasında qeyd edilir ki, "Azerfon" MMC-də zənglər mərkəzində operator işləmiş F.Əhmədli abunəçilərə aid fərdi məlumatları, antenalar üzrə olduqları yerləri müəyyən adamlara ötürüb.

İddiaya görə, onun yaşadığı evdən axtarış zamanı qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat, CD-disklər, Fethullah Gülen-in çıxışları, "Hizmet imamları" adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələrinə dair sənədlər götürülüb.

Fuad Əhmədlinin ittihamları sonradan ağırlaşdırılıb. Əvvəlcə o, Cinayət Məcəlləsinin 302-ci (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrinin birinci bəndləri ilə ittiham edilib. Sonradan ittihamlar ağırlaşdırılıb və hər iki maddənin ikinci bəndləri ilə yeni məzmunda ittiham verilib.

AXCP fəalına verilmiş əvvəlki maddələrin birində iki, o birisində isə 3 ilədək həbs cəzası nəzərdə tutulurdu. Yeni ittihamların sanksiyasında 8 ilədək cəza var.

Müdafiə tərəfi ittihamları "əsassız" adlandırıb.

AXCP bəyanatında bunu təşkilata təzyiqlərin davamı kimi dəyərləndirilir. Hazırda bu partiyanın 10-a yaxın üzvü həbsdədir.

Türkiyənin hakimiyyət orqanları Fethullah Güleni ötən ilin iyulunda bu ölkədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırır. Hazırda ABŞ-da yaşayan ilahiyyatçı F.Gülen ittihamları qəbul etmir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG