Accessibility links

İlahiyyatçının həbs müddəti daha bir ay uzadılıb


Sərdar Babayev
Sərdar Babayev

Sərdar Babayev fevralın 22-də həbs edilib

Martın 27-də Masallı rayon Məhkəməsi həbsdə olan Azərbaycan Ruhanilər Məclisinin üzvü, Maide.Az saytının baş redaktoru Sərdar Babayevin həbs müddətini daha bir ay, - aprelin 30-dək uzadıb. Bu barədə Amerikanın Səsinə vəkil Cavad Cavadov bildirib.

Sərdar Babayev barəsində bu il fevralın 22-də həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 168-1.3 maddəsi ilə (dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) ittiham irəli sürülüb.

İttiham tərəfi Babayevin xarici ölkədə təhsil aldığı halda Masallı məscidində dini ayin həyata keçirdiyini bildirir.

Sərdar Babayev ittihamı qəbul etmir və yerli hakimiyyət nümayəndəsinin sifarişi hesab edir.

Martın 16-da Şirvan Apellyasiya Məhkəməsi ilahiyyatçı barəsində Masallı rayon Məhkəməsinin seçdiyi həbs qətimkan tədbiri qərarından veriilmiş şikayəti təmin etməyib.

Vəkil Cavad Cavadov hesab edir ki, ilahiyyatçı barədə həbs qətimkan tədbirinin müddətinin uzadılmasına heç bir ehtiyac yox idi.

“Çünki, Sərdar Babayev istintaqdan gizlənən deyil. Həbsinə qədər istintaq orqanının bütün çağırışlarına əməl edib. İş üzrə şahidlər belə yoxdur. Bununla Babayevin həbsinin tam sifarişli olması bir daha təsdiqini tapır”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG