Accessibility links

AŞPA prezidenti korrupsiyanın araşdırılması üzrə komissiya yaratmağa çağırılıb


Turbyern Yaqland

Martın 24-də Avropa Şurasının baş katibi Törnbörn Yaqland AŞPA prezidenti Pedro Aqramunta məktub göndərərək AŞPA deputatları arasında korrupsiya faktlarının araşdırılması üzrə müstəqil xarici komissiyanın yaradılması məsələsini təxirə salmamağa çağırıb. Bu barədə Törnbörn Yaqlandın Avropa Şurasının rəsmi saytında dərc edilmiş məktubunda deyilir.

Yaqland Aqramuntu bu məsələnin həllini yubatmamaq və korrupsiya faktlarının araşdırılması üzrə müstəqil komissiyanı mümkün qədər tez yaratmaq üçün öz səlahiyyətindən istifadə etməyə çağırıb.

Xatırladaq ki, AŞPA-nın yanvar sessiyasında italiyalı deputat Luka Volontenin azərbaycanlı deputatlar tərəfindən ələ alınması barədə məsələ qaldırılıb. İtaliya prokurorluğunun materiallarına görə, Volonte lobbiçilik səyləri üçün azərbaycanlı deputatlardan 3,9 mln. avro alıb.

Qeyd edək ki, Aqramunt AŞPA prezidenti seçilməzdən öncə AŞPA-nın Azərbaycan üzrə məruzəçisi olub .

XS
SM
MD
LG