Accessibility links

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü prokurorluqda dindirilib


Eldəniz Quliyev mayın 1-i Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, kinodramaturq Eldəniz Quliyev mayın 1-i Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib.

E.Quliyev prokurorluqdan çıxdıqdan sonra jurnalistlərə deyib ki, onu da, təxmin etdiyi kimi, bəzi mühacirlərə saxta sənəd verilməsi ilə bağlı açılmış cinayət işi ilə bağlı çağırıblar.

E.Quliyev deyib ki, o, AXCP üzvü olmasa da, bu məsələdə bəzilərinin onun da adını hallandırması istintaqa çağırılmasına səbəb olub.

«Ancaq düşünürəm ki, məni çağırmaqlarına peşman oldular. Çünki AXCP-yə qarşı iddiaların yalan olduğunu açıq şəkildə ifadə etdim».

Ötən həftə eyni məsələ ilə bağlı AXCP sədri Əli Kərimli və bu partiyanın bir neçə funksioneri də istintaqa çağırılmışdı. Ə.Kərimli demişdi ki, onlar əslində, bu məsələdə zərərçəkən tərəf olmalıdırlar. Çünki bundan istifadə edilib AXCP-yə qarşı qara piar aparılır. Ə.Kərimli vurğulamışdı ki, onlar heç kimə saxta sənəd verməyiblər. Belə məsələ ilə bağlı onların istintaqa dəvət edilməsi hakimiyyətin qisasçılıq siyasətindən xəbər verir. Hakimiyyət 8 aprel mitinqinə görə onlardan qisas alır.

AXCP-nin daxil olduğu Milli Şura bu il aprelin 8-i Bakıda icazəli aksiya keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG