Accessibility links

Təkbaşına piket keçirən şəxs 200 manat cərimə olunub [Video]


Təkbaşına piket keçirən şəxs 30 günə qədər həbs edilə bilər
please wait

No media source currently available

0:00 0:01:18 0:00

Füzuli Hüseynov siyasi məhbuslara azadlıq tələb edib

İyunun 19-da Bakıda metronun “28 May” stansiyası qarşısında "Siyasi məhbuslara azalıq!" şüarı qaldırararq təkbaşına piket keçirdiyinə görə saxlanılmış Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Füzuli Hüseynov polisə tabe olmamaq ittihamı ilə 200 manat cərimə edilib. Qərarı iynun 20-də Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahov qəbul edib.

Hüseynov dünən polis tərfindən saxlanılıb və yalnız iyunun 20-də yerli vaxtla saat 15-də məhkəmə zalında azadlığa buraxılıb.

Vəkil Bəhruz Bayramov Amerikanın Səsinə bildirib ki, məhkəmənin qərarı qanunsuzdur.

"Füzuli Hüseynov ictimai qaydanı pozmayıb. Səssiz şəkildə "Siyasi məhbuslara azadlıq!" şüarı qaldırıb. Onun hərəkəti konstitusiyaya əsaslanır və insan fikrini ifadə edib. Bu səbəbdən məhkəmənin qərarı tam qanunsuzdur", o qeyd edib.

Vəkil məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

Bayramovun sözlərinə görə, Füzuli Hüseynov 30 saat yuxusuz saxlanılıb, ona yatmaq üçün imkan yaradılmayıb.

Maraqlıdır ki, bu, Hüseynovun eyni yerdə və eyni şüarla keçirdiyi ikinci aksiyadır. Bir ay əvvəl polis aksiyanı təkrarlayacağı təqdirdə onu gözləyən nəticələr haqqında xəbərdarlıq etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG