Accessibility links

Siyasi məhbuslara azadlıq şüarı ilə keçirilən aclıq aksiyası davam edir


Siyasi məhbuslara azadlıq şüarı ilə keçirilən aclıq aksiyası davam edir

Siyasi məhbuslara azadlıq şüarı ilə keçirilən aclıq aksiyası davam edir

2 aprel mitinqində iştiraka görə 14 müxalifətçi məhkum edilib. Ümumilikdə isə 18 fəal həbsdədir. Hüquq müdafiəçiləri hazırda siyasi motivlərlə 70 nəfərədək insanın həbsdə olduğunu bildirir.

2 aprel mitinqində iştiraka görə məhkum edilənlərin hüquqlarının müdafiəsi ilə bağlı Müsavat Partiyasının mənzil-qərargahında keçirilən aclıq aksiyası davam edir. Aksiya ötən cümə günü başlayıb. Aksiya iştirakçılarından biri, AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib ki, məhkum olunmuş fəallar Elnur Məcidli və Rüfət Hacıbəylinin valideynləri Ərəstun Məcidli və İbrahim Hacıbəyli, həmçinin gənc fəal Dəyanət Babayev səhhətlərindəki problemlə əlaqədar aclığı dayandırmalı olublar. Eyni zamanda çərşənbə axşamı aksiyaya AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, AXCP üzvü Nurəddin Məmmədli, İctimai Palatanın üzvü Sevda Laçınlı və Müsavat Partiyasının fəalı Ellada Məmmədli də qoşulub. AXCP Ali Məclisinin sədr müavini İradə Əliyeva və Müsavat gənclər təşkilatının üzvü Oruc Novruzov da aksiyanı davam etdirir. 2 aprel mitinqində iştiraka görə 13 müxalifətçi bir il yarımdan üç il müddətinə kimi azadlıqdan məhrum edilib. Onlar ictimai asayişin pozulmasında, polisə müqavimətdə, başqasının əmlakına zərər vurmaqda ittiham olunurlar. Lakin yerli hüquq müdafiəçilərinin fikrincə, müxalifətçilər siyasi motivlərlə həbs olunub.

XS
SM
MD
LG