Accessibility links

Siyasi qeyri-müəyyənlik iqtisadiyyata təsir göstərir [Video]


Seçkilərlə bağlı narahatlıq və qeyri-müəyyənlik iqtisadiyyata öz təsirini göstərir və araşdırmaçılar bunun bizneslərə də təsirinin də artdığını deyir. Bundan əlavə seçki mövsümü zamanı fond birjaları da daha dəyişkən olur. Başqa bir araşdırmada isə həm istehlakçıların, həm də korporasiya liderlərinin alışları, qərarları və investisiyaları yubatdığını göstərir.

Makroiqtisadi Məsləhətçilər araşdırma şirkətinin bildiridiyinə görə, vergi, ticarət və digər məsələlərlə bağlı vədlər kimi seçki kampaniyası zamanı baş verənlərin bazarlara real təsiri olur.

Rəy sorğularına əsasən, Klintonun qalib gəlmək ehtimalı artıqda fond qiymətləri də artdı və eynilə Klintonun qalib gəlmək ehtimalı azaldıqda da, fond birjası geri çəkildi.

Şirkətin apardığı araşdırmanın nəticələri göstərir ki, namizədlərin qalib olmaq şansları dəyişdikcə S&P 500 indeksi də dəyişir.

“Rəy sorğularına əsasən, Klintonun qalib gəlmək ehtimalı artıqda fond qiymətləri də artdı və eynilə Klintonun qalib gəlmək ehtimalı azaldıqda da, fond birjası geri çəkildi,” deyə təhlilçi Coel Prakken bildirir.

Ayova Universitetində maliyyə professoru Art Durnevin sözlərinə görə, siyasətin və siyasi qeyri-müəyyənliyin bazar və iqtisadiyyata təsiri artıb.

“Siyasət 10,20, 30 il öncə ilə müqayisədə maliyyə bazarlarına daha böyük təsir göstərir,” deyə o bildirir.

Buna səbəb isə vergi və qanunlarla bağlı qeyri-müəyyənliyin zavod və fabriklərə təsiridir.

Araşdırmanın nəticələri narahat menecerlərin böyük qərarları ləngitdiyini göstərir.

“Onlar investisiyanı dayandırır, daha çox nəğd pul toplamağa başlayır və xərclərinin olmasını istəmirlər. Böyük korporasiyalar işə götürülmək və ya işdən çıxarılmaq prosesini yubadır,” deyə Durnev bildirir.

Siyasət 10,20, 30 il öncə ilə müqayisədə maliyyə bazarlarına daha böyük təsir göstərir.

Makroiqtisadi Məsləhətçilər şirkətinin nümayəndəsi Coel Prakkenin dediyinə görə, qeyri-müəyyənlik həmçinin yüksək iqtisadi aktivliyinin əsas hissəsini təmin edən istehlakçılara da təsir göstərir.

“Maşın almaq, ev almaq, biznes açmaq, biznesi idarə etmək, sərmaye qərarları vermək. İstehlakçılar bu cür qərarların verildiyi mühitdə tərəddüd keçirdikləri üçün təbii olaraq qeyri-müəyyənlik aradan qalxana qədər gözləməyə meyl göstərir.”

Ancaq ekspertlər siyasi qeyri-müəyyənliyin neft qiymətləri, faiz dərəcələri və ya korporasiyaların məhsullara olan gələcək tələbatla bağlı proqnozlarından daha çox və ya daha az təsirə malik olub-olmadığını öyrənməyə çalışır.

“İqtisadçilar arasında qeyri-müəyyənliyin daha fundamental bazar qiymətləndirmə faktorları ilə müqayisədə nə dərəcə vacib olduğu barədə fikir ayırılığı mövcuddur,” deyə Brukinqs İnstitutundan Bill Qalston bildirir.

Seçkilərin bitməsi ilə siyasi qeyri-müəyyənliyə son qoyulmayacaq. Məsələn, əgər demokrat Hillari Klinton qalib gəlsə, onun proqramını Konqres təsdiqləməlidir. Konqresdə isə ya bir, ya da hər iki palataya skeptik respublikaçılar nəzarət edə bilər.

XS
SM
MD
LG