Accessibility links

ABŞ-da siyasi qütbləşmə kulminasiya nöqtəsinə çatıb [Təhlil]


ABŞ-da hökumətin işinin qismən dayandırılması illərdir davam edən siyasi qütbləşmənin kulminasiya nöqtəsidir. Bu böhran 20 ildir kök salmağa başlayıb.

Bill Klintonun demokrat namizəd kimi prezident seçkilərindəki qələbəsi ilə qütbləşməyə statrt verilmişdi.

Respublikaçılar son 40 ildə ilk dəfə olaraq 1994-cü ildə Konreqin hər iki palatasına nəzarət edirdi. Məsrəflər və hökumətin rolu iki dəfə hökumətin fəaliyyətinin dayandırılmasına yol açıb.

2000-ci ildən Corc Buşun seçkilərdə qələbəsi gərginlikləri daha da dərinləşdirmişdi.

Virciniya Universitetinin eksperti Larri Sabato hesab edir ki, Corc Buşun hamiyyətinin ikinci dönəmi vəziyyət daha da kəskinləşmişdi.”İraq müharibəsi və Katrina qasırğası Buşun prezidentliyi dövründə qütbləşməni intensivləşdirdi və Obama dövründə bu, daha kəskin xarakter aldı.”

2010-cu ildə prezident Obamanın səhiyyə islahatları proqramı parçalanmanı dərinləşdirdi. Obamakeyr adlanan bu proqram Ağ Ev və Konqres arasındakı hazırkı mübahisənin əsasını təşkil edir. Respublikaçılar Barak Obamanın prezidentliyinin mühüm sənədi kimi dəstəklədiyi səhiyyə planını ya tamamilə ləğv etməyə, ya da yubatmağa cəhd göstərir.

Quinnipiak ictimai rəy sorğusu agentliyinin əməkdaşı Peter Braun deyir ki, Obamanın səhiyyə planı ilə bağlı mübahisələr hökumətin rolunu hədəf alıb.”Respublikaçılar hökumətin məsrəflərinin aşağı olmasını istəyir. Demokratlar isə planı səhiyyə xidmətlərində islahat kimi dəstəkləyir.”

Ekspertlər mübahisələrin yaxın zamanda həll ediləcəyini düşünmür.

Son dəfə hökumətin fəaliyyəti 1995-ci ildə 3 həftə dayandırılmışdı. Təhlilçilıər bunun respublikaçılara baha baş gəldiyini deyir. Belə ki, vəziyyət Bill Klintonun 1996-cı ildə yenidən seçilməsinə yardım etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG