Accessibility links

Prokurorluq REAL Hərəkatı ilə bağlı ciddi araşdırmalara başlayır


REAL
REAL

Azərbaycanın Baş prokuroru haqqin.az və virtualaz.org saytlarında dərc olunmuş “İran xəfiyyəsi Bakıda İlqar Məmmədovun adamları ilə görüşdü, REAL-a pul ayırdı” başlıqlı məqalədə əksini tapmış xüsusatlarla bağlı ciddi araşdırmalar aparılmasına dair müvafiq göstərişlər verib. Bu barədə Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Amerikanın Səsinin sorğusuna cavabda bildirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov

Sultanovun sözlərinə görə, araşdırmalar Baş prokurorun göstərişi əsasında Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən aparılacaq. Araşdırmaların nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Yanvarın 27-də haqqin.az və virtualaz.org saytları, bu saytlara rəhbərlik edən Eynulla Fətullayevin imzası ilə “İran xəfiyyəsi Bakıda İlqar Məmmədovun adamları ilə görüşdü, REAL-a pul ayırdı” başlıqlı məqalə dərc edib.

Məqalədə yanvarın 19-da İranın Azərbaycandakı səfirinin ikinci katibi Mehdi Arifzadənin REAL Hərəkatı rəhbərləri ilə görüşündən bəhs edir. Məqalədə iddia olunur ki, görüşdə gizli sövdələşmə olub, İran səfirliyinin nümayəndəsi REAL Hərəkatına pul verib.

Virtualaz.org saytı
Virtualaz.org saytı

“REAL İrandan ilk maliyyə yardımını qəbul edib! Bax bu, nəinki müxalif milli-demokratlar üçün, eləcədə də liberal yönümlü müxalifət üçün inkişaf mərhələsində yeni dönüşdür. Belə görünür ki, REAL da Əli Kərimlinin islamçı, liberal və milli-demokratların alyansının hakimiyyətlə mübarizədə güclü və effektiv vasitə kimi alternativinin olmadığı barədə konsepsiyasına meyl edir”, məqalədə deyilir.

Öz növbəsində, REAL Hərəkatının icra katibi Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, bu REAL-a qarşı təzyiqdir.

“Açığı, belə cəfəng və absurd iddiaları gündəmə gətirmək, sadəcə, REAL-a qarşı növbəti təzyiqdir. Hər hansı bir özünü jurnalist adlandıran kəsin sərsəmləmələrinə görə araşdırma aparmaq, ancaq təşkilatımıza qarşı təzyiqin artırılması deməkdir. REAL tam şəffaf fəaliyyət göstərən

İlqar Məmmədov və Natiq Cəfərli
İlqar Məmmədov və Natiq Cəfərli

təşkilatdır, heç bir araşdırmadan da çəkinmirik, sadəcə, 8 gün bundan öncə, ilk olaraq özümüz tərəfindən, öz rəsmi saytımızda yaydığımız xəbərə don geyindirib sensasiya kimi qələmə vermək gülüncdür. Bu günə qədər REAL-ın ofisində 20-yə yaxın ölkənun səfir və səfirlik nümayəndələri görüşlərdə olub. Siyasi təşkilatın işlərindən biri də görüşlər keçirməkdir. İran səfirliyinin nümayəndəsi özü görüş istəmişdi, ofisdə 8 gün qabaq görüş oldu, görüşdə ölkələrimz arasında münasibətlər, iqtisadi, mədəni münasibətlərin perespektivləri müzakirə olundu. Səfirlik nümayəndəsinə həm Cənubi Azərbaycanda soydaşlarımızın durumu ilə bağlı, İranın işğalçı Ermənistanla bağlı isti münasibətlərinə iradlarımızı da bildirmişik, Azərbaycanın dünyəvi dövlətçiliyinin bizin üçün qırmızı cizgi olduğunu da demişik. Bir daha, bu qondarma ittihamlar REAL-ın artan nüfuzuna görə növbəti təzyiq dalğasıdır”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG