Accessibility links

ABŞ və Rusiya Bakı görüşündə geniş məsələlər spektrini müzakirə edib (Yenilənib)


ABŞ Dəniz Piyadaları Korpusunun generalı, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Co Danford və Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı Valeriy Gerasimov fevralın 16-da Bakıda keçirilən görüşlərində geniş məsələlər spektrini müzakirə ediblər.

Hərbi liderlər Amerika-Rusiya hərbi əməliyyatları və Avropa, Yaxın Şərq və digər mühüm regionlarda təhlükəsizlik sahəsində beynəlxalq vəziyyət haqqında fikir mübadiləsi aparıblar.

ABŞ və Rusiya hərbiçiləri qərəzsiz insidentlər riskini azaltmaq məqsədilə hərbi əməliyyatların təhlükəsizliyinin artırılması üzrə səy göstərib.

Onlar həmçinin sabitləşdirici tədbirləri təmin etmək məqsədilə əlaqələri gücləndirmək barədə razılığa gəliblər. Bu barədə Pentaqonun saytında dərc olunmuş məlumatda deyilir.

Bu, iki hərbi rəhbərin ilk üzbəüz görüşü idi, daha əvvəl onlar telefonla danışmışdı.

“Söhbət etdiyin insanın üzünü görmək vacibdir”, deyə söhbət iştirakçısı, dəniz piyadaları generalı Frenk Makkenzi bildirib.

“Bizim üçün telefonla əlaqə saxlamaq heç vaxt çətin olmasa da, masa arxasında oturub həmsöhbətinə baxmağın müəyyən üstünlüyü var”, Makkenzi qeyd edib.

Bu, 2014-cü ilin yanvarında Gerasimovun Brüsseldə Birləşmiş Qərargah Rəisləri Komitəsinin o vaxtki sədri general Martin Dempsi ilə görüşündən sonra bu səviyyədə ilk görüş idi.

O görüşdən sonra dünyada ciddi hadisələr baş verib: "Rusiya qanunsuz olaraq Krımı ilhaq edib, Şərqi Ukraynada münaqişəyə müdaxilə edib və Bəşar Əsəd rejiminə dəstək üçün Suriyaya qoşunlarını, təyyarələrini və gəmilərini göndərib. Bundan başqa, Rusiya gəmiləri və təyyarələri Qara dənizdə və Baltik dənizində təxribatçı və təhlükəli hərəkətlər edib", Pentaqonun məlumatında qeyd edilir.

“Buna görə iki hərbi liderin Bakı görüşü iki ölkənin silahlı qüvvələri arasında operativ əlaqələri təmin etmək məqsədilə atılan addımdır. İki general siyasi məsələləri müzakirə etməyib, bu, bir-birini başa düşmək və hiss etmək, əlaqə qurmaq üçün keçirilən görüş idi ki, telefonla bunu etmək çox çətindir”, Makkenzi qeyd edib.

Görüş bir neçə aya hazırlanıb, deyə əlavə edən general iki ölkə hərbiçilərinin, Suriyada olduğu kimi bir-birinə bilavasitə yaxınlıqda hərəkət etdiyi bir vaxtda belə bir əlaqənin xüsusilə vacib olduğunu vurğulayıb.

***

Fevralın 16-da ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danfordun və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun Bakıda görüşü olub.

Cozef Danfordun və Valeri Gerasimov

Cozef Danfordun və Valeri Gerasimov

AZƏRTAC dövlət agentliyinin məlumatına görə, görüşdə tərəflər hərbi fəaliyyətin təhlükəsizliyinin artırılması, gərginliyin və insidentlərin yaranması risklərinin azaldılması sahəsində birgə işin istiqamətlərini müzakirə edib, habelə əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

General Cozef Danford və ordu generalı Valeri Gerasimov ABŞ-Rusiya münasibətlərinin cari vəziyyəti, Avropa, Yaxın Şərq, Şimali Afrika və dünyanın digər mühüm regionlarında beynəlxalq təhlükəsizlik sahəsində vəziyyətin qiymətləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparıblar.

XS
SM
MD
LG