Accessibility links

Tofiq Yaqublu: Azərbaycan Avropa Məhkəməsinin qərarlarını yerinə yetirmir [Video]


Siyasi məhbus kimi tanınan şəxslərin mətbuat konfransı olub

Azərbaycanda siyasi məhbuslar probleminin arxasında şəxsən prezident İlham Əliyev durur. Bu barədə martın 31-də keçirilən mətbuat konfransında Müsavat Partiyasının başqan müavini, keçmiş vicdan məhbusu Tofiq Yaqublu bildirib.

Onun sözlərinə görə, İ.Əliyev siyasi həbsləri şəxsən özü sanksiyalaşdırır və siyasi məhbusların azad edilməsi barədə qərarları şəxsən özü qəbul edir.

T.Yaqublu xatırladıb ki, 2014-cü ilin iyununda Avropa Şurası Parlament Assambleyasının sessiyasında İlqar Məmmədovun işilə bağlı sualın cavabında İ.Əliyev deyib ki, Azərbaycan Avropa məhkəməsi hüquq sisteminə daxildir və əgər İ.Məmmədovun azad edilməsi barədə qərar olarsa o, yerinə yetiriləcək.

Siyasi Məhbuslarla bağlı tədbir

Siyasi Məhbuslarla bağlı tədbir

Strasburq məhkəməsinin Böyük Palatası İ.Məmmədovun azad edilməsi barədə Avropa məhkəməsinin qərarını qüvvədə saxladığı vaxtdan AŞ Nazirlər Komitəsi dəfələrlə bu qərarın icrasına çağırsa da İ.Məmmədov hələ də həbsdədir.

Mətbuat konfransını “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı təşkil edib. Lakin, son əfvlə azad edilən siyasi məhbus kimi tanınan şəxslərdən ikisi və keçmişdə siyasi məhbus kimi tanınanlardan bir neçəsi tədbirə qatılıb və yalnız Tofiq Yaqublu çıxış edib.

İlham Əliyev siyasi həbsləri şəxsən özü sanksiyalaşdırır və siyasi məhbusların azad edilməsi barədə qərarları şəxsən özü qəbul edir.

“Siyasi Məhbuslarsız Azərbaycan” Alyansının rəhbəri Oqtay Gülalıyev bildirib ki, sonuncu siyasi məhbus azadlığa çıxanadək mübarizə davam etdiriləcək.

“Ümid edirik ki, həbsdən azad edilən siyasi məhbuslar da alyansın işində yaxından iştirak edəcək. Biz ölkənin siyasi məhbus imici ilə tanınmasını istəmirik və ölkədəki bütün siyasi məhbusların azadlığı uğrunda mübarizəmizi sonadək davam etdirəcəyik”.

Səid Dadaşbəylinin işi üzrə həbs edilənlərin Hüquqlarını İctimai Müdafiə Komitəsinin üzvləri diqqəti ömürlük həbs cəzasına məhkum edilənlərin hüquqlarının müdafiəsinin vacibliyinə yönəldib. Onlar ömürlük həbs yerlərində cəza çəkənlərin bir çoxunun haqsız yerə həbsdə olduğunu bildirib.

Araşdırmaçı jurnalist Xədicə İsmayılova kimi Azərbaycanda hələ də onlarla "siyasi məhbus" qismində tanınmış adamlar həbsdə qalır.

Araşdırmaçı jurnalist Xədicə İsmayılova kimi Azərbaycanda hələ də onlarla "siyasi məhbus" qismində tanınmış adamlar həbsdə qalır.

Səid Dadaşbəyli və digər 9 nəfər 2007-ci ildə həbs edilib. Onlar dövlət çevrilişi etməkdə ittiham edilir.

“Səid Dadaşbəylinin anası ölüm ayağındadır. Bir saat olsa belə oğlunu görmək arzusundadır. Keçmiş Milli Təhlükəsizlik Nazirliyi bu uşaqları konstitusiya quruluşunu dəyişməkdə ittiham edib, amma ölkədə hər hansı dəyişiklik olmayıb. Belə absurd ittihamla bizim oğullarımız haqsız yerə hələ də həbsdə saxlanılır. İndi keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qanunsuz hərəkətləri üzə çıxıb. Yenə bizim oğullarımız həbsdədir, Eldar Mahmudov azadlıqda”, deyə həbsdə olan məhbuslardan birinin anası İradə Kərimova qeyd edib.

Haqsız yerə həbsdə olsan bütün məhbusların hüquqları diqqət mərkəzində olmalıdır.

Çıxışlarda həmçinin hüquq müdafiəçilərinin yalnlz demokrat və dindar məhbusların hüquqlarını müdafiə etdiyi xatırladılıb.

“Haqsız yerə həbsdə olsan bütün məhbusların hüquqları diqqət mərkəzində olmalıdır”, Kərimova bildirib.

Tədbirdə ABŞ, Almaniya, Fransa, Böyük Britaniya səfirliklərinin nümayəndələri iştirak edib.

Öz növbəsində, rəsmi Bakı ölkədə insanların qanun qarşısında bərabər olduğunu və siyasi məqsədlərlə həbslər həyata keçirilmədiyini bildirir.

Bununla yanaşı, yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycanda 90-dək siyasi məhbus olduğunu bildirir. Amnesty İnernational 20-dən çox insanı "vicdan məhbusu" elan edib.

XS
SM
MD
LG