Accessibility links

AXCP siyasi məhbuslarla bağlı kampaniyaya başlayıb


"Xədicəni azad et!" şüarı (Foto Khadica İsmayil-ın Facebook səhifəsindən götürülüb)
"Xədicəni azad et!" şüarı (Foto Khadica İsmayil-ın Facebook səhifəsindən götürülüb)

Azərbaycan Xalıq Cəbhəsi Partiyası (AXCP) siyasi məhbuslarla bağlı kampaniyaya başlayıb. Bu barədə AXCP Gənclər Komitəsi Facebook səhifəsində məlumat yayıb.

Məlumatda deyilir ki, müxtəlif sosial şəbəkələr üzərindən təşkil edilən kampaniyaya 13 yanvardan start verilib. Partiya ilk olaraq kampaniyaya #FreeKhadija, #Xediceniazadet haştagı ilə, həmçinin jurnalistin fotosunu və Xədicə İsmayılın araşdırmalarını, çıxışlarını facebook, tvitter kimi sosial şəbəkələrdə həftə ərzində paylaşmaqla, Kürdəxanı təcridxanasına - Xədicə xanıma məktublar yazmaqla start verib.

AXCP bildirir ki, Azərbaycanda siyasi məhbusların hər birinin ittiham olunduğu maddələrə görə yox, sifarişlə həbs edildikləri bəllidir.

“Azərbaycanın və dünyanın demokratik ictimaiyyəti israrla Xədicə İsmayılın azadlığa buraxılmasını tələb etsə də, hakimiyyət özünün rüsvayçı ifşası müqabilində belə, inadından dönmür. Həbsxanadan da Əliyevin avtoritar rejiminə meydan oxuyan, prinsipial mövqeyindən dönmədiyini nümayiş etdirən bu cəsur xanıma dəstəyini davamlı şəkildə bildirmək, onun həbsinin əsassızlığını gündəmdə saxlamaq hər birimizin borcudur. AXCP bunu nəzərə alaraq qarşıdakı günləri Xədicə İsmayıl həftəsi elan edir. AXCP ölkənin sosial şəbəkə istifadəçilərini, hər kəsi Xədicə İsmayılın müdafiəsi naminə bu kampaniyaya qoşulmağa çağırır”.

Partiya bildirir ki, kampaniya siyasi motivlərlə həbs olunan başqa məhbuslarla bağlı dadavam edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG