Accessibility links

Beynəlxalq İnsan Hüquqları Evləri Şəbəkəsi Azərbaycanı siyasi məhbusları azad etməyə çağırır


Intiqam Əliyev
Intiqam Əliyev

Beynəlxalq İnsan Hüquqları Evləri Şəbəkəsi prezident İlham Əliyevi həbsdə olan hüquq müdafiəçiləri, jurnalistlər və siyasi fəalları azad etməyə çağırıb.

Müraciətdə dünya üzrə nüfuzlu hüquq müdafiəçiləri İntiqam Əliyev və Rəsul Cəfərovun barəsində son hökmlərdən narahatlıq ifadə edilib.

Müraciət müəllifləri İ.Əliyevi vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı repressiyalara son qoymağa, bütün hüquq müdafiəçiləri, jurnalistlər və fəalları, o cümlədən İntiqam Əliyev, Rəsul Cəfərov, Leyla və Arif Yunuslar, Anar Məmmədli, jurnalist Xədicə İsmayılovanı azad etməyə çağırıb.

Hüquq müdafiəçilərinə qarşı həbslər 2014-cü ilin yay və payızında aparılıb.

Bəzi fəallar repressiyalardan ehtiyat edərək ölkəni tərk ediblər və ya gizlənməyə məcbur olublar.

Müraciəti Avropanın müxtəlif ölkələrindən 40-dan çox QHT nümayəndəsi imzalayıb.

XS
SM
MD
LG