Accessibility links

Müsavat Partiyası hakimiyyəti siyasi məhbus problemini həll etməyə çağırır


Müsavat Partiyası Azərbaycan hakimiyyətini yeni təqvim ili ərəfəsində, milli həmrəylik günü münasibətilə veriləcək əfv fərmanı ilə dünya birliyi qarşısında ölkənin imicinin kəskin pisləşməsinə səbəb olmuş siyasi məhbus problemini birdəfəlik həll etməyə çağırır. Bu barədə Müsavat Partiyasının dekabrın 22-də siyasi məhbus problemi ilə bağlı keçirdiyi dəyirmi masanın açıqlamasında deyilir.

Sənəddə qeyd edilir ki, yerli və beynəlxalq ictimaiyyətin təkidli tələblərinə baxmayaraq, ölkədə siyasi məhbus problemi həll olunmur.

“Azərbaycan hakimiyyəti bu problemi həll etmək əvəzinə repressiya siyasətini davam etdirərək, siyasi məhbusların sayının artırılması ilə məşğuldur. Bu gün Azərbaycanda 80-dən çox siyasi məhbus var. Ölkəmiz siyasi məhbusların sayına görə dünyada lider ölkələr sırasındadır”.

Partiya bildirir ki, siyasi məhbus problemi Azərbaycan üçün milli təhlükəsizlik məsələsinə çevrilib.

“Bu problemin mövcudluğuna görə Avropa Şurası ölkəmizdə siyasi məhbusların vəziyyətinin tədqiq olunmasının vacibliyi barədə qərar qəbul edib. ABŞ Konqresinin Helsinki Komitəsində Azərbaycan hökumətinə qarşı sanksiyalar haqqında qanun layihəsi qəbul olunub. Bu layihə Konqresin təsdiqinə verilib. Siyasi məhbus problemi beynəlxalq aləmdə Azərbaycanın iştirakı ilə aparılan bütün proseslərdə mövqeyimizi zəiflədir. Bu, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi prosesinə də aiddir”, sənəddə qeyd edilir.

XS
SM
MD
LG